Şrift:
Baş prokuror: Təbrizdə həbs olunmuş Azərbaycan vətəndaşlarının işinə tez bir zamanda baxılacaq
07.05.2013 [09:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə həbs olunmuş iki Azərbaycan vətəndaşının işinə tez bir zamanda baxılacaq və qısa müddət ərzində məlumat veriləcək. Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "İribnews" məlumat verir.

Əjeyi bildirib ki, həmin vətəndaşların həbsi ilə bağlı Təbriz prokurorluğundan məlumat alıb. Onların həbs olunması səbəbləri və detalları barədə indi açıqlama verə bilməsə də, tez bir zamanda bununla bağlı məlumat veriləcək.
Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed