Şrift:
ABŞ RF ilə Suriyadakı vəziyyətin nizamlanması üzrə dialoqu davam edəcək - Ağ ev
07.05.2013 [09:52] - Gündəm, Siyasət
ABŞ RF ilə Suriya problemlərini, o cümlədən, bu ölkədəki siyasi vəziyyətin nizama salınması üzrə dialoqu davam etdirmək niyyətindədir. Bu barədə RİA Novosti agentliyi məlumat verir.
Çərşənbə axşamı ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfəri gözlənilir.
"Rejimin dəstəkləməsi Suriya xalqının və başqa ölkələrin xeyrinə deyil. Biz Rusiya ilə bu məsələni müzakirə edib və bu dialoqu davam edəcəyik", - Cey Karni deyib.
Onun fikrincə, Rusiya və Çinin Bəşər Əsədin rejimindən uzaqlaşması, Suriya hakimiyyətin dəyişməsinin dəstəkləməsi lazımdır.
RF xarici işlər naziri Serqey Lavrov əvvəllər bəyan edib ki Suriyadakı vəziyyəti nizama salınması üzrə partnyorlar Rusiyanın mövqeyini daha da düzgün şərh etməlidirlər. O vurğulayıb ki, Rusiya heç vaxt Suriya rejimini dəstəkləməyib, və Rusiyanın hərəkətləri keçid idarəetmə orqanının formalaşdırılması üzrə Cenevrə Sazişin həyata keçirilməsi və suriyalıların öz rəhbərlərinin və ölkəsinin taleyini müəyyən edilməsi üçün şərait yaratmaq məqsədi daşıyır.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed