Şrift:
BMT Suriyadakı kimyəvi silah haqqında dəqiq məlumatlara malik deyil
07.05.2013 [09:55] - Gündəm, Diaspor
Suriyada insan hüquqların pozulmasının araşdırılması üzrə BMT komissiyası bildirib ki, o, Suriya münaqişəsində döyüşən tərəflərdən hər-hansının kimyəvi silahının istifadəsi barədə "inandırıcı sübutlara" malik deyil. Bu barədə BBC-i məlumat verir.
Bazar ertəsi, komissiya üzvü Karla del Ponte deyib ki, təşkilatın münaqişənin qurbanlarının sübutlarına əsasən üsyançı qüvvələr tərəfindən zarinin istifadəsi haqqında danışmaq üçün çox yaxşı səbəbi var.
Bu halda Del Ponte hökumət qoşunları tərəfindən kimyəvi silahın istifadə edilməsini istisna etməyib, yalnız əlavə araşdırmanın lazım olacağını vurğulayıb.
Daha əvvəl ABŞ və Böyük Britaniya zarinin istifadə edilməsində Suriya rejimini artıq ittiham edib.
Aprel ayında ABŞ prezidenti Barak Obama ətraflı araşdırmanın aparılmasına çağırıb və vurğulayıb ki, əgər belə silahdan istifadə edilməsi sübut edilərsə vəziyyət kökündən dəyişəcək.
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed