Şrift:
8 Türkü öldürən faşistlər hakim qarşısında
07.05.2013 [11:06] - Gündəm, Hüquq
Almaniya hüquq tarixinin ən böyük cinayət işlərindən olan Miliyyətçi Sosialist Gizli Təşkilatıyla bağlı məhkəmə başlayır.

Məhkəmədə səkkizi türk olmaqla 10 nəfəri öldürən irqçi faşistlər və onlara yardım edənlər mühakimə ediləcək.

Almaniya ictimaiyyəti daxili kəşfiyyatın cinayət işiylə bağlı şübhələr yaradan mövqeyi səbəbilə "dərin dövlət" iddialarına da cavab tapmağa çalışır.

3 irqçi alman tərəfindən yaradılan hörgütün tarixi 1990-cı illərə qədər uzanır. 1998-ci ildə ilk terror aktını həyata keçirən və daha sonra gizli fəaliyyətə keçən üç faşist haqqında illərlə məlumat əldə etmək mümkün olmayıb.

İrqçi qrup səkkiz türkü, bir yunanı və bir almanı öldürüb. 2011-ci ildə isə qatillərdən ikisi ölü tapılıb. Onların intihar etdiyi bildirilib. Digər şübhəli isə qaldıqları evi yandıraraq polisə təslim olub.

Məhkəmədə 5 nəfər mühakimə ediləcək. Təşkilata dəstək verdiyi iddia edilən 8 nəfər haqqında istintaq isə davam edir.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed