Şrift:
Regionun taleyi Azərbaycanda həllə olunur
08.05.2013 [14:22] - Siyasət
«Şişirtmədən demək olar ki, regionumuzun gələcək taleyi burada, Bakıda, Azərbaycanda həll olunur. Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın, Ukraynanın, Moldovanın, ümumiyyətlə postsovet ölkələrinin müstəqilliyidir. Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi, hər şey bu regionda, Azərbaycanda həll olunur. Azərbaycanın stabilliyi və inkişafı bütün siyasi proseslərin sakit, dinc məcrada inkişafı göstərir ki, bizim son illər əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək». Bu fikirləri Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib.
Saakaşvili bildirib ki, regionda Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan neqativ qüvvələr var: «Biz bunu Gürcüstanda öz üzərimizdə hiss etdik. Bu qüvvələr Azərbaycanın əldə etdiyi tərəqqi prosesini dayanması və davam etməməsi üçün hər cür səy göstərəcəklər. Çünki bu proses özlərini imperiya ambisiyaları olmadan təsəvvür edə bilməyən qüvvələrin yuxusunu ərşə çəkib. Çünki, bugünkü müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan — bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan nümunə göstərib və buna görə biz onu qorumalıyıq».
Saakaşvili öz çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də toxunub. O qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar cəmiyyətə inteqrasiya olunublar: «Biz cəmiyyətimizin bu cür müxtəlifliyindən qürur duyuruq».
Prezident bildirib ki, Azərbaycan diasporu gürcü dilini öyrənir və cəmiyyətə daha çox inteqrasiya olunub: «Etnik azərbaycanlılara, xüsusilə kənd yerlərində yaşayanlara gürcü dilini öyrənməkdə kömək edən xüsusi proqramlarımız var. Onların öz mədəniyyəti və dili var, lakin onlar hamısı Gürcüstan vətəndaşıdır və dövlət dilini bilməlidir».
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed