Şrift:
Orta məktəbdə partlayış olub, bir şagird yaralanıb
11.11.2011 [15:32] - Hadisə
Bakıda orta məktəbdə partlayış olub. Bu barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən məlumat verilib.

Hadisə bu gün Buzovna qəsəbəsində yerləşən 234 saylı orta məktəbdə qeydə alınıb. Nəticədə 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğlu yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polisdən, həmçinin bildirilib ki, sözügedən məktəbdə qaz xətti olmayıb. Partlayışın nədən baş verdiyi hələlik məlum deyil.

İlkin araşdırmalar nəticəsində, partlayışın məktəbin 3-cü mərtəbəsində, sanitar qovşağında baş verdiyi məlum olub. Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən zərərçəkmişə ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasının həkimlərinə təhvil verilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed