Şrift:
Azərbaycanda daha 3 şəhərdə metro olacaq
10.05.2013 [12:22] - Gündəm, Sosial
Azərbaycanın bir sıra şəhərlərində metro olacaq.

Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində metropolitenin yaradılması planlaşdırılır.

Bu barədə Bakı Metropolitenin rəhbəri Tağı Əhmədovun çıxışına istinadən Bakı Metropolitenin rəsmi saytında xəbər yayılıb.

Əhmədov bildirib: "Azərbaycanda metro tikintisi sahəsində yaxşı gələcək var. Bakı şəhərinin qəsəbələri, Sumqayıt, Gəncə və Naxçıvan sakinlərinin metrodan istifadəsi üçün lazım tədbirlərin görülməsi planlaşdırır".

Hazırda Bakı Metropoliteni 20 illik inkişaf proqramı həyata keçirir. Əhmədovun sözlərinə görə, proqram çərçivəsində 2014-cü ilin may ayında iki metro stansiyanın ( dayanacaq) , 2016-cı ildə isə 6 metro stansiyanın istifadəyə veriləcək.
Bu xəbər oxucular tərəfindən 656 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed