Şrift:
Gürcüstanda Azərbaycan Mədəniyyət Muzeyi yaradılacaq
11.05.2013 [10:27] - Gündəm, Mədəniyyət
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanda səfərdədir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçirilir və bu tədbirlər çərçivəsində nazir Ə. Qarayevin iştirakı ilə Heydər Əliyevin yeni abidəsinin və istirahət parkının açılışı olub, M.F.Axundzadənin ev-muzeyi əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Ev-muzeyinin bazasında Azərbaycan Mədəniyyət Muzeyi də yaradılması nəzərdə tutulub.
Nazir Ə. Qarayev səfər çərçivəsində gürcüstanlı həmkarı Quram Odişaria ilə də görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, mövcud problemlərin həlli yolları, teatr və muzeylərlə bağlı birgə layihələrin reallaşdırılması, eləcə də Sınıq Körpünün bərpası ilə bağlı müzakirələr aparılıb.

Q.Odişaria bu günlərdə Bakıya səfər edəcəyini və danışıqlar aparacağını, əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra işlərə başlanacağını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed