Şrift:
Rusiya Ermənistan ordusunu xüsusi texnika ilə təmin edir
11.05.2013 [12:37] - Gündəm, Hərb
Yaxın vaxtlarda hərbi bazaya yüksək ötürücülük qabiliyyətinə malik avtomobillər gətiriləcək

Ermənistanda yerləşən Rusiya hərbi bazasına yeni hərbi texnika gətirilir.Erməni mətbuatının verdiyi məlumata görə, yaxın vaxtlarda hərbi bazaya yüksək ötrücülük qabiliyyətinə malik "КamAZ-43118" avtomobilləri əsasında yaradılan yeni xüsusi maşınlar gətiriləcək. Məlumata görə, onların təkər bazası 6х6 olacaq.

Baza həmçinin RƏM-lərin hərbi bölmələri, naviqasiya sistemləri və gecə kəşfiyyatı üçün radiasiya və kimyəvi vasitələr, QLONASS (naviqasiya sistemi) üçün yeni hərəkət məntəqləri gətiriləcək.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, yeni komplekslər 100 km-ə qədər radiuslarda 100-dən artıq hava nöqtələrini aşkar etmək və eyni vaxtda 10-dan artıq hədəfləri müşayiət etmək qabiliyyətinə malikdirlər.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed