Şrift:
Türkdilli ölkələr birgə sərgi keçirəcək
11.05.2013 [13:27] - Gündəm, Türk dünyası-Turan
İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın qida və kənd təsərrüfatı məhsullarından ibarət sərgi keçiriləcək


Bu ilin 26-28 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının dəstəyi, Türkiyə Odalar və Borsalar Birliyinin təşkilatçılığı (TOBB) ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın qida və kənd təsərrüfatı məhsullarından ibarət sərginin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, sərginin keçiriləcəyi yer və stendlər, stendlə bağlı texniki xidmətlər TOBB tərəfindən ödənişsiz təqdim edilir.

Hər bir ölkə üçün 100 kvadratmetrlik sahə nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed