Şrift:
Gürcüstanda nazirliyə namizəd azərbaycanlı qadın kimdir?
11.05.2013 [13:32] - Gündəm, Borçalı
Ramilya Əliyeva Azərbaycanla qürur duydğunu yazır

Gürcüstanda azərbaycanlı qadının nazir vəzifəsinə gətiriləcəyi gözlənilir. “Gürcü Arzusu” koalisiyasından bildirilib ki, Gürcüstanın energetika və təbii sərvətlər naziri Kaxa Kaladze prezidentliyə namizəd kimi irəli sürüldüyü halda Ramilya Əliyeva onun yerinə keçəcək.

Qeyd edək ki, Ramilya Əliyeva Gürcüstan Polis Akademiyasında insan hüquqları üzrə mühazirələr oxuyub və son iki ildə müxtəlif hüquq müdafiə təşkilatlarında çalışıb. Hazırda R. Əliyeva Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının üzvüdür. Son iş yeri Gürcüstanın İctimai Televiziyası olub.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed