Şrift:
Azərbaycanda 31 partiya illik maliyyə hesabatını təqdim etməyib - SİYAHI
11.05.2013 [13:41] - Xəbərlər, Gündəm
AXCP, VHP, DADP, ALP, MMP, KXCP, VİP, Azadlıq, Kommunist partiyaları hesabat təqdim etməyənlər sırasındadır


2012-ci il üzrə illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların sayı və adı açıqlanıb.


Azərbaycanda mövcud olan siyasi partiyalardan 31-i illik maliyyə hesabatlarını təqdim etməyib. Maliyyə hesabatı təqdim etməyənlər arasında AXCP, VHP, DADP, ALP, MMP, KXCP, VİP, Azadlıq, Yurddaş, Kommunist və digər partiyalar var.



Hesabat təqdim etməyən partiyaların tam siyahısı belədir:



Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Azərbaycan Xalq Demokratik Partiyası

Milli Demokrat-İdrak Partiyası

Azərbaycan Kəndli Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

Vahid Azərbaycan Partiyası

Demokratik Azərbaycan Dünyası Partiyası

Milli Qurtuluş Partiyası

Azərbaycan Yurddaş Partiyası

«Qorqud» Partiyası

Azərbaycan Milli Hərəkat Partiyası

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Naminə Alyans Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Milli Konqres Partiyası

Azərbaycan Respublikaçılar Partiyası

«Milli Vəhdət» Partiyası

Müasir Müsavat Partiyası

Azadlıq Partiyası

Böyük Azərbaycan Partiyası

Vətəndaş Birliyi Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Azərbaycan Milli Demokrat Partiyası




Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara xəbərdarlıq edib.

“Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 21 noyabr 2011-ci tarixli qərarı ilə təsdiq edilib.



Qaydaya əsasən, siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilməlidir.



Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed