Şrift:
Mayın 24-də Niderlandda Azərbaycan günü tədbiri keçiriləcək
11.05.2013 [14:16] - Gündəm, Diaspor
Azərbaycanın Niderlanddakı səfirliyinin dəstəyi ilə mayın 24-də Maastrixt İdarəetmə Məktəbində (MSM) «Niderlandda Azərbaycan günü» tədbiri keçiriləcək.Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinde, Azərbaycanın Niderlandakı səfiri Mirhəmzə Əfəndiyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Tədbirdə qonaqlar Azərbaycanın mətbəx nümunələrinin dadına baxacaq, ölkəmizin mədəniyyəti, musiqi, biznes və iqtisadi imkanları ilə yaxından tanış olacaqlar.

Eyni zamanda, Azərbaycanın Niderlanddakı səfirliyi, Azərbaycan Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə MSM, Maastrixt Universiteti və St.Martin Kollecinin tələbələri arasında keçirilən «Mən Azərbaycan barədə nə bilirəm?» esse müsabiqəsinin 10 qalibi elan olunacaq. Qaliblər iyun ayında Azərbaycana bir həftəlik səyahət etmək imkanı qazanacaqlar.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed