Şrift:
ATƏT 9-12 may 2013-cü il tarixlərində siyasi partiyaların gənclər təşkilatları ilə tdbir keçirir.
11.05.2013 [14:19] - Gündəm, Gənclik
ATƏT-in 9-12 may 2013-cü il tarixlərində siyasi partiyaların gənclər təşkilatları üçün təlimçilərin təlimi bugün ilk seminarına başladı. Qeyd edək ki, bu təlim mart ayında keçirilmiş təlimin davamıdır. Buna görə də ilk olaraq iştirakçılardan ev tapşırıqlarının vəziyyəti barədə təqdimatlar alındı daha sonra verilən tapşırıqlarla seminar davam etdi.
Verilən ilk tapşırığı MDHP-nin iki nümayəndəsi Leyla Cahangirova, Coşqun Dadaşov, Müsavat və ADP nümayəndəsi yerinə yetirdi. Tapşırıq-seçki qabağı komandanın təşkil olunması ilə bağlı idi və prezentasiya şəklində təqdim olundu.
Təlimin ilk gününün sonunda təlimçi ilə iştirakçılar arasında fərdi məsləhətləşmə üçün xüsusi vaxt ayrıldı. Qeyd edək ki, siyasi partiyaların gənclər təşkilatları üçün keçirilən bu təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
ATƏT 9-12 may 2013-cü il tarixlərində siyasi partiyaların gənclər təşkilatları ilə tdbir keçirir.


MDHP Mətbuat Xidməti.
Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed