Şrift:
Azərbaycan gələn il neft hasilatını sabit saxlayacaq
11.11.2011 [15:57] - İqtisadiyyat
Azərbaycanda gələn il üçün neft hasilatı bu ilki həddə, yəni təqribən 45-46 mln. ton həcmində proqnozlaşdırılır. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xöşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, hasilatın bu həddə saxlanılması neft yataqlarının daha keyfiyyətli işlənilməsinə olan ehtiyacla bağlıdır.

Vitse-prezident bildirib ki, hasilatın qeyd olunan həcmdə olması dünya bazarında neftin qiyməti ilə bağlı deyil. «Hətta dünya bazarında neftin qiyməti artsa belə, hasilat artırılmayacaq», - deyə X.Yusifzadə qeyd edib.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed