Şrift:
Şəkidə yağan leysan yollarda hərəkəti iflic edib
15.05.2013 [09:57] - Xəbərlər, Bildiriş
Şəkidə leysan yağışı problem yaradıb.
Kanal S xəbər verir ki, Şəkidə hava kəskin pisləşib. 5 dəqiqə ərzində yağan aramsız dolunun ardınca şimşək çaxıb. Daha sonra leysan yağış yağıb.
Cəmi 10-15 dəqiqə ərzində küçələrdə sel əmələ gəlib. Bəzi yollarda problem yaranıb. Küçə və prospektlərdə su arxlarının dolması və suyun asfalt örtüyünü basması avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Yağan yağış avtomobillərin yolda qalmasına səbəb olub və hərəkəti mümkünsüz edib. Sürücülər qəfil yağan yağışın onlar üçün problem yaratdığından şikayətləniblər. Ara küçələrdə isə əhali yola çıxaraq suyun evlərinə daxil olmasının qarşısını almağa çalışıb.
Hidrometeoroloji Departamentdən də verilən məlumata görə, bu gün havanın yağmurlu olması gözlənilirdi. Yağmurlu hava şəraiti bu gün günorta saatlarınadək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed