Şrift:
Molla rejiminden sonra ve Yeni İran
16.05.2013 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
İran 75 milyon insanı esaretde saxlayan, milletlerin haqlarını tapdalayan ve dünyanın tehlükesizliyini tehdid eden ölkedir.

İran 75 milyon insanı esaretde saxlayan, milletlerin haqlarını tapdalayan ve dünyanın tehlükesizliyini tehdid eden ölkedir. Dünyanı terror kabusları ile qorxudan bu rejimin İranda ve dünyada baş veren deyişikliklerin qarşısında, yaşaması mümkün deyil ve süqut edecek. Sonucda yeni siyasi menzere yaranacaq.

Molla Rejimi çökdükden sonra, İranın siyasi menzeresinin nece olması ile bağlı Azerbaycan ictimai fikrinde müxtelif yanaşmalar var. “Güney Azerbaycan istiqlaliyyet qazanmalı” ve “Azerbaycanın Qüzey ile birleşmelidir”, fikirleri ile yanaşı, İranda medeni muxtariyyet isteyenler ve Federativ İran arzusunda bulunanılar da az deyil. Amma bu qüvellerden ekseriyetinin Güney Azerbaycanın haradan başlayıb haradan qurtarması haqda yetkin fikri yoxdur. Varsada bu fikirler mövcud realıqları eks etdirmir. Xüsusi ile Güney Azerbaycanın Güney ve Quzey Doğu sınırları helede mübahise doğurur. Bezi şexsler Güney Azerbaycanın Güney sınırlarının Tebrize qeder, bezileri Hemedana qeder olduğunu deyirler.
Bu prosesin iştirakçısı olduğumuz ve bu prosesi davamlı izlediyimiz üçün , Bütöv Azerbaycan ideyasının müellifi Elçibeyin fikirlerine dayanaraq , öz düşüncelerimiz var ki, sizlerle bölüşmeyi vacib bilirik. İranın demoqrafik xeritesine nezer saldıqda , İranda olan Qerbi Azerbaycan, Şerqi Azerbaycan, Erdebil, Zencan , Hemedan ve s. eyaletleri ile yanaşı Tehran, Şiraz , İsfahan hetta Qum eyaletlerinde yaşayan Azerbaycan türkleri ehalinin yarıdan çoxsunu teşkil etdiyini, eyni zamanda daha güneye doğru getdikce 4 milyona yaxın Qaşqay türklerinin , doğuya doğru getdikce Xorasan türklerinin ve Türkmenlerin ekseriyet olduğu eyaletleri görürük.
75 milyonluq İranın, 38 milyona yaxını Azerbaycan Türkleridir. Amma Qaşqay türkleri, Xorasan türkleri ve türkmenleri də nəzərə alsaq, İranın 75 milyonluq əhalisinin 44 milyon türkdür

Fikrimizce, Tehran rejimi yıxıldıqdan sonra insan haqlarına söykenen demokratik mühit yaradılmalı ve Güney Azerbaycanla yanşa diger eyalete öz talelerini hell etmek hüqüqu verilmelidi. Bele olduqda Qaşqay Türklerinin, Xorasan türklerinin ve Türkmenlerin de eyaletlerinde qurulan subyektler Merkezi Tebriz olan Azerbaycan dövletine meyillenecek.
Sonucda İran adlan ölkede merkezi Tebriz olan, Güney Azerbaycan ve onun çevresinde olan Federal Azerbaycan Dövleti (FAD)ile yanaşı Farsistan ve Belucistan Dövletleri yaranır .

İran coğrafiyasında demokratik sistemin qurulması başa çatdıqdan sonra, Turkiye Cumhuriyeti, Azerbaycan Respublikası, Federal Azerbaycan Dövletinin (FAD) birleşdiyi Azerbaycan Turkiye Alyansı (ATA) ( konfederasiya) qurulur. Bu birlikle yanaşı regionda yeni “Demokratik Dövletler Bloku”(DDB) yarana bilər. Bu birliye Azerbaycan Türkiye Alyansı (ATA), İraq, Efqanıstan, Pakistan, Gürcüstan, Farsistan, Belucistan, Suriya ve s. ölkələri terkibinde birleşir. Bu hemde uzun illerden bu yana müharibe, terror, narkotik ticareti zonası kimi tanınmış bölgeni regional emekdaşliğa söykenen davamlı sülh zonasına çevire biler .
Bu regional emekdaşlığın mentiqi neticesi kimi sozügeden dövletlerden ibaret azadlıq, demokratiya, bazar iqtisadiyyatı prinsiplerine söykenen regional teşkilatlar da yarana biler ki, bu da demokratiya, azadlıq deyerlerinin müselman ve şerq dunyasına doğru yayılmasının yeni dalğasi kimi baxıla biler.
Yaranmiş regional qurum hem de Avropa Birliyi(AB), kimi qurumların şerqe doğru genişlenmesinin bir nüansı kimi de nezerden keçirile biler.
Hemde ATA daxilinde Azerbaycan Respublikasi ile Federal Azerbaycan Dövleti inteqrasiya ederek tarixi edaletsizliye son qoyur ve bütöv Azerbaycan dövleti olan Birleşik Azerbaycan Yurdları (BAY) qurulmuş olur.

P.S.
Demokratik Dövletler Blokuna(DDB) sonrakı merhelerde demokratikleşen Orta Asiya dövletlerinin de qatılması meqsedeuyğun sayılır.

Molla rejiminden sonra ve Yeni İran
Bu xəbər oxucular tərəfindən 2461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed