Şrift:
Çelsi Avropa Liqasının qalibi oldu
16.05.2013 [16:13] - Gündəm, İdman
Futbol üzrə Avropa Liqasının final oyunu keçirilib. Amsterdamda keçirilən oyunda İngiltərənin «Çelsi» və Portuqaliyanın «Benfika» klubları qarşılaşıblar. Görüşdə hesabı 60-cı dəqiqədən «Çelsi»dən Torres açıb. 68-ci dəqiqədə Oskar Kardoso 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirib. Əsas vaxtın ikinci hissəsinə artırılmış 3-cü dəqiqədə isə İvanoviç «Çelsi»nin ikinci topunu vurub. Beləliklə oyun 2:1 hesabı ilə «Çelsi»nin xeyrinə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed