Şrift:
Iravan.info veb-saytı yaradıldı
17.05.2013 [10:07] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Mayın 17-də saat 12-də Prezident Kitabxanasının Konfrans zalında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info veb-saytının (Azərbaycan və rus dillərində) təqdimat mərasimi olacaq. Bu barədə Prezident Kitabxanasından məlumat verilib.İrəvanın tarixinə qədimdən günümüzə qədər işıq salan “İrəvan şəhəri” elektron resursu əsasında hazırlanmış veb-sayt şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə vaxt və haradan gəldiklərini, şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qoyulduğunu, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini mənbələr, salnaməçilərin verdilkəri məlumatlar, arxiv sənədləri və ayrı-ayrı tədqiqat materialları əsasında üzə çıxarır.
Bu xəbər oxucular tərəfindən 1314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed