Şrift:
Milli Məclisin 01.02.2012-ci il tarixdəki iclasında Fərəc Quliyevin birinci çıxışı.
01.02.2012 [20:49] - Fərəc Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərəc Quliyev tərəfindən
Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il fevralın 1-də keçirilən iclasının gündəliyinə təklif olunan məsələlər:


Hörmətli sədr, hörmətli millət vəkilləri, hesab edirəm ki, Fransa və onun kimi Azərbaycana dost omayan ölkələrin qərəzli mövqeyi nə birinci haldır, nə də axırıncı olacaq. Ona görə də problemə köklü yanaşmaq üçün aşağıdakı məsələlərin də müzakirəyə çıxarılmasını təklif edirəm:

- Milli Məclis BMT-yə öz tərəfindən qəbul etdiyi 822,853, 874,884 saylı qətnamələrinin icrası məsələsi ilə bağlı müraciət etsin;

- Azərbaycan Respublikası, BMT TŞ-nın qeyri-daimi üzvü hüququndan da istifadə edərək, bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsini Ermənistan respublikasından tələb etməsini gündəmə gətirsin;

- Milli Məclisdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə baglı dinləməsi keçirilsin;

- MM Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilərin fəaliyyəti ilə ilə bağlı xüsusi komissiya yaratsın;

- Komisiya Qarabağ münaqişənin həlli üçün aparılan danışıqların gedişində yaranmış vəziyyətin, bütövlükdə Minsk qrupunun və ayrı-ayrılıqda vasitəçi dövlətlərin fəaliyyətinin nəticələrini araşdıraraq, Minsk Qrupunun nəticəsiz fəaliyyətinə Milli Məclisin obyektiv qiymət verməsi üçün rəy hazırlasın;

- komisiya danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun informativ yardımçı rolda, AB-nin əsas rolda olma imkanlarını araşdırsın;

- komisiya AB-nin yeni vasitəçilik formatında təmsilçilik, aparılacaq danışıqlarda iştirak imkanını, eyni zamanda əldə olunacaq razılaşmaların beynəlxalq təminatçısı kimi iştirak imkanını müəyyənləşdirsin;

- Komisiya bu məqsədlə, AB ilə münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinin başladılması prosedurunu hazırlasın.

Hörmətli Sədr, hörmətli Millət Vəkilləri, digər təklifim isə Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil Komitəsinin iclası ilə bağlıdır.
Bildiyiniz kimi 2012-ci il 20-26 fevral tarixlərində Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil Komitəsinin ilk iclası keçiriləcəkdir. Bu iclas Ermənistanın paytaxtı Yerevanda olacaqdir. Avropa Parlamenti artıq tədbirin proqram layihəsini hazırlamışdır. Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil Komitəsinin Azərbaycan nümayəndə heyyətinin üzvü kimi proqramla tanış oldum.


1) Həmin proqrama uydurma erməni soyqırımı qurbanları abidəsinin və muzeyinin ziyarət olunması bəndi salınıbdır.

2) Proqram Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil Komitəsinin məqsəd və vəzifələrinə deyil, tamamilə Ermənistana həsr olunubdur.

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə bu iki ciddi məsələ ilə əlaqədar etiraz məktubu göndərməsini təklif edirəm.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed