Fərəc Quliyev: “Hər bir səfir, hər bir diplomat öz ölkəsini təmsil edir. Təbii ki, o da özünəməxsus gedişləri ilə yadda qaldı. Missiyası ölkələr arası münasibətlərə müsbət ştrixlər əlavə etmək idi. Bununla yanaşı səfir fəaliyyəti dövründə bir sıra yalnışlara da yol verdi. Son zamanlar etdiyi bəyanatlarla səfir münasibətlərə kölgə salmağa çalışdı. Ancaq mən hesab etmirəm ki, bu bilərəkdən oldu və ya məqsəd elə kölgə salmaq üçün idi. Hər halda iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik münasibətləridir.