Fərəc Quliyev hökumətə dərs keçdi!
Fərəc Quliyev hökumətə dərs keçdi!
-Yaxın gələcəkdə Şirin Su Siyasəti enerji təhlükəsizliyi siyasətindən daha aktual olacaq.Hələ bu gün İsraillə Ərəblər arasındakı Holan yüksəklikləri davası əslində Hol gölü ugrunda savaşdir.Biz Şirin Su Siyasəti ilə bağlı üç istiqamətdə iş görməliyik.1.Çirkləndirilən (əsasən Ermənistan tərəfdən Araz-kür şayları)sularımızın qorunması.2.İşgalçı əlində olan su mənbələrinin (Sərsəng su anbarı)qurtarılması.Bunun üçün beynəlxalq ekoloji təşkilatları da hərəkətə gətirməliyik.Və 3.bölgələrdəki su mənbələrimizi qorumalı.Bakının su təhcizatı ilə baglı son proje nə qədər lazımlı olsa da hesab edirəm ki,su götürülən mənbələrin və ətraf mühitin taleyi yetərincə düşünülməmişdir.O bölgələrdə yaranmış və boyümə təhlükəsi olan fəsadların önlənməsi proqramı hazırlanmalıdır,bir sonrakı layihələrdə bu amil mütləq nəzərə alınmalıdır.
Siyasətçilər Eldar Namazovun «El»ini belə dəyərləndirdi:
Siyasətçilər Eldar Namazovun «El»ini belə dəyərləndirdi:
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev sözügedən məsələyə münasibət bildirərkən, Azərbaycanda hər kəs kimi özünün də millətin təşkilatlanmasına tərəfdar olduğunu bəyan edib. O, bütün hallarda konsolidasiyanın gözəl bir təşəbbüs olduğunu, rəhbərlik etdiyi partiyanın da belə addımları dəstəklədiyini bildirib. Millət vəkili bütün bu davranışlar zamanı Azərbaycanın milli maraqlarının, dövlət maraqlarının üstün tutulmasını vacib sayıb: “İstənilən toparlanma milli gücə güc qatmalıdır. Əgər o toparlanma milli gücümüzə güc qatmaq əvəzinə, bizim milli gücümüzü sarsıtmağa yönələcəksə, bilərəkdən, yaxud da bilməyərəkdən Azərbaycanda marağı olan və ölkəmizə dost olmayan dövlətlərin xeyrinə davranışlar ortaya qoyacaqdırsa, bu, məqsədəuyğun deyil. “El” adlı hərəkat da Azərbaycan dövlətinin, xalqının xidmətində duracaqsa, ona uğurlar arzulayacağıq. Yox, əgər bu təşkilat kiminsə sifarişi ilə Azərbaycanın milli maraqlarına əks mövqedə dayanacaqsa, mütləq qarşısında milli qüvvələri, o cümlədən bizi görəcək”.