MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO
MDHP Qarabağ Departamenti Laçınlı Sultan bəyin 140 iliyi münasibətilə tədbir keçirdi. / FOTO
Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin təşəbüsü ilə Bütöv Azərbaycanın xalq Qəhrəmanı,uzun illər erməni terrorçularına və işğalçılarına qarşı mübarizə aparan Sultan bəyin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirdi.
Tədbir 20 May 2013-cü il tarixində saat 12 00-da Beynəlxaq Mətbuat Mərkəzində keçirilib.
Tədbir zamanı Xalq Qəhrəmanı Sultan bəyin Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi şücaətlər, işğalçı və terrorçu erməni quldurlarına qarşı apardığı cəsarətli mübarizəsini əks etdirən məruzələr, çıxışlar və video görüntülər nümayiş etdirilib.
Tədbiri MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev açıq elan edərək Sultan bəyin anadan olmasının 140 illiyi ilə bağlı məruzə üçün sözü Elbrus Hacıyevə verdi. Sultan bəyin həyatı və fəaliyyətini tam əks etdirən məruzə dinlənildikdən və videogörüntülər izləndikdən sonra Milli Dirçəliş Hərəkatı Partiyasını sədri, Millət Vəkili Fərəc Quliyevə soz verildi...