Fərəc Quliyev: «İcazəli aksiyadan sui-istifadə etmək, ölkənin imicinə zərbə vurmaq düzgün deyil»
Fərəc Quliyev: «İcazəli aksiyadan sui-istifadə etmək, ölkənin imicinə zərbə vurmaq düzgün deyil»
...Əgər bu mitinqlər həqiqətən də Azərbaycanın ictimai rəyinə hesablanmışdısa, sosial sifariş idisə, o zaman nəyə görə iştirakçılar, əcnəbi dildə şüarların əks olunduğu plakatlara daha çox üstünlük veriblər? Çox primitiv, savadsız şəkildə hazırlanan belə şüarlara diqqət yetirəndə başqa maraqlı məqamlar da üzə çıxır. Məlum olur ki, əcnəbi dildəki şüarların mahiyyətini insanların hər hansı sosial problemi deyil, may ayında Azərbaycanda keçiriləcək “Eurovision” yarışmasına etirazlar təşkil edir. Bu da onu deməyə əsas verir ki, aksiya insanların təbii ehtiyacından irəli gəlməyib və yalnız "müxalifət" "lider"lərinin şəxsi maraqlarına hesablanıb. Onlar aksiyanı “Eurovision” mahnı müsabiqəsinin əleyhinə yönəltməklə, bir növ xarici ölkələrin diqyətini özlərinə cəmləyib, onlara mesaj göndəriblər. Bununla demək istəyiblər ki, guya biz də dünya «standartlarına» uyğun aksiyalar keçirməyi bacarırıq...
Fərəc Quliyev: Erməni hərbçilərinə bildirdik ki, Azərbaycandan gəlmişik, deputatlarıq
Fərəc Quliyev: Erməni hərbçilərinə bildirdik ki, Azərbaycandan gəlmişik, deputatlarıq
...Bizi orada bir neçə dəqiqə saxlayıb, ən müxtəlif yerlərlə əlaqə saxladılar. Sonra isə aeroportdakı təcrid otağına apardılar. Görüntü olaraq belə nümayiş etdirirdilər ki, həmin otağa sərhəd pozucuları, habelə sənədləri qaydasında olmayanları gətirirlər, bu, saxlama otağı idi. Yarım saata qədər də orada qaldıq. Guya haraylasa əlaqə yaratdılar və bundan sonra arxamızca onların təhlükəsizlik məsələlərini həyata keçirən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəldilər və bizi apardılar. Bizi bilməyərəkdən belə qarşılamaq mümkün deyildi, bu, ola bilməzdi. Sadəcə, bununla gözümüzü qorxutmaq, sonrakı davranışlarımızı bəri başdan təsir göstərmək niyyətində idilər...

Kəpəz TV-nin XƏBƏRİ