Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan milli hərəkatının hədəfləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Güney Azərbaycan milli hərəkatının hədəfləri

Güney Azərbaycan milli hərəkatının hədəfləri


Əksəriyyət istiqlalın ən düzgün yol olduğu qənaətindədir

Bu gün Güney Azərbaycanla bağlı İranda və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən milli təşkilatlar var. Onlar güneyli soydaşlarımızın milli haqlarının müdafiəsi istiqamətində mübarizələrini davam etdirir və müxtəlif tədbirlər keçirirlər.
Azərbaycan xalqı Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalandığından bəri azadlıq və birləşmək üçün mübarizə aparır. Bu gün Güney Azərbaycanda baş verən hadisələr və gedən proseslər həmin mübarizənin davamıdır. İkiyə parçalanmış bir millətin birləşmə uğrunda mubarizəsi elə bir həddə çatıb ki, orada gedən proseslər artıq dünyada eşidilməkdədir. Bu məsələdə həm diasporun, həm də İran daxilində mübarizə aparanların müstəsna xidmətlərini inkar etmək mümkün deyil.
Müstəqil Azərbaycan mətbuatının Azərbaycanın güneyində gedən proseslərə biganə qalmaması zəruri məsələlərdəndir. Sevindirici haldır ki, son zamanlar bu istiqamətdə irəliləyişlər var. Artıq Azərbaycan mətbuatı Güneyə biganə deyil və bu mövzunun mətbuat səhifələrində tez-tez işıqlandırılmasının şahidi oluruq. Amma bu yetərli deyil. Güney Azərbaycan mövzusu ilə bağlı təbliğat işi daha da genişləndirilməli və bütün mətbuat orqanları bu məsələyə ciddi yanaşmalıdır.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatında hərəkatın hədəflərilə bağlı fərqli fikirlər var. Bunlardan ən əsası Güneyin istiqlalıdır. Bundan başqa İranda türklərin hakimiyyətə gəlməsi və federalizm tərəfdarları kimi çıxış edənlər də var. Belələri İranın bütövlüyü çərçivəsində türklərin hakimiyyətə gəlməsinin daha düzgün yol olduğu iddiasındadırlar. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Bakıda keçirdiyi konfransda da bu istiqamətdə çıxışlar oldu. Bəzi iştirakçılar bildirdilər ki, Güneydəki Milli Hərəkatda türklərin hakimiyyətə gəlməsi əsas xətt kimi götürülməlidir.
Onu da bildirək ki, hədəflərə fərqli yanaşmalar milli hərəkatın güclənməsinə xidmət etmir. Bəs güneyli soydaşlarımız hansı ideologiya ətrafında birləşməlidirlər?
İsveçin paytaxtaı Stokholmda fəaliyyət göstərən Bütöv Azərbaycan Cəmiyyətinin sədri Teymur Eminbəyli bildirdi ki, bütün baxışlara hörmətlə yanaşmaq lazımdır: «Federalçılıq düşüncəsi fars şovinizminin ömrünü uzatmaqla millətin başının altına yastıq qoyaraq onu şirin yuxuya verməkdən başqa bir şey deyil. Bu gün tutaq ki, seçim qarşısında qalan İran rejimi federalçılığı qəbul etdi. Sabah vəziyyət dəyişən kimi federalizmi bir fərmanla ləğv etsə, bu mübarizənin nə faydası olacaq?
İranda türklərin hakimiyyətə gəlməsi bizə heç nə verməyəcək. Çünki İranda türklərin hakimiyyətə gəlməsi hələ millətin hakimiyyətə gəlməsi demək deyil. Bu gün İranın bir nömrəli şəxsi Ayatullah Xomneyi türkdür. Hakimiyyətdə və parlamentdə onun kimi irançılığı əsas götürən türklər nə qədər desən var. Amma onların hamısı fars şovinizminə xidmət edən insanlardırlar. Bu kimi şəxslərin hakimiyyətdə olmasından millətimiz daha çox uduzur. Düşüncəmə görə istiqlal yolu ən doğru seçimdir. İki Azərbaycanın birləşməsinin yolu da məhz istiqlaldan keçir. Bu gün Güney Azərbaycanda millətimizin apardığı mübarizə olduqca demokratik mübarizədir. Bu demokratik mübarizənin Güney Azərbaycanın öz istiqlalını əldə etməsi ilə nəticələnəcəyi tamamilə mümkündür və biz buna əminik».
«Diaspor və Lobbi» Araşdırmalar Mərkəzinin rəhbəri Zaur Əliyev bildirdi ki, ümumiyyətlə, far rejiminin əsarəti altında yaşayan 40 milyon Azərbaycan türkünün istəyi öz hüquqlarını əldə etmək və öz istiqlaliyyətinə qovuşmaqdır: «Bunun üçün də güneyli soydaşlarımız kifayət qədər iş aparırlar. Hə yazıq ki, zaman-zaman Güney Azərbaycanda baş vermiş etirazlar, inqilablar qanla susdurulub. Etirazlar indi də var, hakimiyyət fəalları həbs etmək və onlara qarşı fziki və mənəvi terrorla prosesin qarşısını almaq istəyir. Fars-molla rejimi ölkənin parçalanması təhlükəsindən qorxur. Amma proseslər onu göstərir ki, İranın bir dövlət kimi hazırki coğrafiyada gələcəyinin özü sual altındadır».
Onun sözlərinə görə, Azərbaycan diasporu, rəsmi qurumları, ictimai-siyasi cəhətdən fəal şəxslər Güneyə dəstək verməlidirlər. Ötən əsrdə Seyid Cəfər Pişəvəri istiqlaliyyəti elan etdi, amma beynəlxalq güclərin iştirakı ilə Güney Azərbaycanın müstəqilliyinə son qoyuldu. Sonrakı illərdə də milli hərəkatlar qanla boğulub. Artıq yanaşmalar, beynəlxalq şərtlər dəyişib və biz imkan yaratmamalıyıq ki, Güneydə növbəti dəfə gözlənilən böyük dəyişiklik də qanla boğulsun. Ona görə Güneydəki soydaşlarımızın taleyinə biganə yanaşmamalıyıq».
Z.Əliyev onu da deyib ki, bu gün də Güney Azərbaycan milli hərəkatının hədəfi istiqlaldır: «Digər yanaşmalar özünü doğrultmayacaq və milli fəalların da əksəriyyəti bu gerçəyi qəbul edir».
Poltoloq Vəfa Quluzadə hesab edir ki, həm İran, həm də Rusiya imperiyası çox tezliklə çökəcək: «Tarix onların xeyrinə işləmir. Eyni zamanda hər iki imperiyanın çökməsi Qərbin marağındadır və bu istiqamətdə iş gedir. İran rejimi demək olar ki, bütün dünyaya meydan oxuyur. Hətta ABŞ-a və NATO-ya da. Bu mübarizədə İran rejimi məğlub ediləcək. Məğlub olanda da İran imperiyası parçalana bilər. Parçalananda isə cənubi azərbaycanlılar orada öz dövlətlərini yarada bilərlər. Bu mümkün olan variantdır. İranda azərbaycanlıların hakimiyyətə gəlməsi fikrinin reallığı isə azdır».
Politoloq əlavə edib ki, İrana qarşı hərbi müdaxilə ola bilər və yaxud İran rejimini daxildən çökdürə bilərlər: «İran rejiminin bu dəqiqə dayaqları silkələnir».
Vəfa Quluzadənin fikrincə, ABŞ-ın gözlənilmədən Güney Azərbaycan məsələsini müzakirə mövzusuna çevirməsi İranı daxildən parçalamaq strategiyasıdır.
Güney Azərbaycanla birləşmək ehtimalına gəlincə, politoloq deyir ki, bu cür proseslər kifayət qədər uzun çəkir. Bununla belə hesab edir ki, birləşmənin günü sabah baş verməsi ehtimalı az olsa da, bu prosesə hazırlaşmaq lazımdır: «Almaniya təcrübəsində də birləşmə prosesi bir xeyli çəkdi. Birləşmədən əvvəl üzücü «soyuq müharibə», ardınca SSRİ-nin dağılması kimi hadisələr yaşandı. Əlbəttə, o zaman dünyada heç kim SSRİ-nin və ya Yuqoslaviyanın dağılmasını proqnozlaşdıra bilməzdi. Lakin bu baş verdi. Bu mənada, biz də Azərbaycan olaraq bu cür hadisələrə hazır olmalıyıq».
Bütün bunlarla yanaşı, politoloq onu da qeyd edir ki, Azərbaycan özünün hazırkı gücünü nəzərə alaraq, Güney Azərbaycan məsələsilə əlaqədar İrana qarşı fəal şəkildə addım atmamalıdır. Amma prosesləri də nəzarətdən kənarda buraxmamalıdır. Əksinə, baş verənləri diqqətlə izləyərək, soydaşlarımızın köməyə ehtiyacı olan kimi proseslərə müdaxilə etməlidir.
Politoloqun sözlərinə görə, baş verən proseslərdə narahatlıq yaradan məqamlar da az deyil: «Yuqoslaviya dağılanda, Almaniya birləşəndə proseslər demək olar ki, qansız baş vermişdi. Lakin Şərqdə böyük dəyişikliklər tarix boyu qanla müşahidə olunub. Ona görə olduqca diqqətli olmaq gərəkdir. Əgər Güney Azərbaycan apardığı mübarizə nəticəsində azadlığa nail ola biləcəksə, növbəti mərhələ kimi, bu dövlətin Quzey Azərbaycanla konfederasiya şəklində əməkdaşlıq etməsi vacibdir. Bir müddət birgə fəaliyyətdən sonra isə iki dövlət birləşə bilər. Amma bu cür hadisələr böyük dəyişiklikdir və İran kimi dövlətlərdə belə hadisələr qanla müşahidə olunur. Ona görə də hələlik Azərbaycan dövləti qonşusu olan İranla münasibətləri gərək olmadan korlamamalıdır».
V.Quluzadə onu da əlavə edib ki, İran hazırkı dönəmdə ABŞ qarşısında məğlub duruma düşməmək üçün Güney Azərbaycandakı soydaşlarımızın pozulan haqlarını bərpa etməlidir. Politoloq bir xatırlatma da edib: «Keçən əsrdə Stalinin dövründə Güney Azərbaycan müstəqillik üçün ayağa qalxmışdı. Amma Stalin soydaşlarımızı satdı. Ona görə də mən bir daha azərbaycanlıların satqınlığa məruz qalmamasını diləyirəm».
Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu
da vurğulayıb ki, Güney Aərbaycandakı milli təşkilatlar və liderlər arasında sıx işbirliyi çox azdır. Milli təşkilatların hələ də konkret ortaq platforması, taktiki, strateji proqramları yoxdur. Ən önəmlisi ortaq platformanın yaradılmasıdır. Hesab edirəm ki, milli hərəkat birinci bu işlə məşğul olmalıdır. İkincisi, Azərbaycan milli hərəkatının türkmən, qaşqay bölgələri ilə işbirliyi yoxdur. Güney Azərbaycanın bu davasında türkmən və qaşqaylar da bizimlə olmalıdır. Təcili birgə konfranslar çağırılmalıdır, İran daxilindəki təkcə Güney Azərbaycan problemi deyil, türkmən, qaşqay problemi də beynəlxalq aləmin diqqətinə çatdırılmalıdır. Güney Azərbaycan parlamenti, mühacir hökuməti yaradılmalıdır».
Ortaq platformaya, əsas ideoloji siyasət sahələrə və ideoloji istiqamətlərə gəlincə isə Yasəmən Qaraqoyunlu deyib ki, indi əksəriyyət Güney Azərbaycan istiqlalını dəstəkləyir: «Birinci ortaq platforma nəyə görə lazımdır? Güney Azərbaycan Hərəkatında iki başlıca fikir var. Bir fikir ondan ibarətdir ki, türklər mərkəzi hakimiyyəti ələ almalıdır. Bu mövqedə olanların arqumentləri ona yönəlir ki, tarix boyu bu dövləti, bu çoğrafiyanı biz idarə etmişik, biz səfəvilərin və qacarların varisiyik, bütün İranda türklərin hakimiyyəti bərpa olunmalıdır. İkinci xətt Güneyin istiqlalı məsələsidir. Bu hədəfin tərəfdarları hesab edirlər ki, bütün İran imperatorluğuna bizim hakim olmağımız 21-ci əsrdə qeyri-mümkündür, bu bizi uçuruma aparar və sair. Arqumentlər çoxdur. Mən hesab edirəm ki, bu gün ortaq platofrma — yəni hər iki qanadın birləşərək birgə hərəkət etməsi daha vacibdir».

Əli

Geri dön