Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan – Lüksemburq matçının hakimləri müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan – Lüksemburq matçının hakimləri müəyyənləşib

Azərbaycan – Lüksemburq matçının hakimləri müəyyənləşib


Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyunun hakimləri bəlli olub. İyunun 7-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək matçı Mihay Fabianın başçılıq etdiyi macarıstanlı hakimlər idarə edəcək. Ona İstvan Norbert Albert, Peter Berettyan və Sandor Ando-Szabo yardımçı olacaq.

Matçın hakim-inspektoru albaniyalı Sokol Jareci, komissarı sloveniyalı Tugomir Frajman təyin olunub.

Geri dön