Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycandakı 22 may hadisələrindən 7 il ötür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Güney Azərbaycandakı 22 may hadisələrindən 7 il ötür

Güney Azərbaycandakı 22 may hadisələrindən 7 il ötür


Vaqif Abışov: «İran konstitusiyasında başqa xalqların hüquqları ilə bağlı vədlər olsa da, yazılanlara əməl edilmir»

Güney Azərbaycandakı 2006-cı il 22 may hadisələrindən 7 il ötür. Ötən illər ərzində durumun daha da gərginləşdiyi göz qabağındadır. Soydaşlarımızın milli azadlıq yönündəki çabaları çox hallarda arzudan, istəkdən o yana getmir.
Durumun təhlili onu deyir ki, bütün hallarda Güney Azərbaycanda nə qədər çətin olsa da, milli kimlik yönündə maariflənməyə, maarifləndirməyə ehtiyac var. İndi İran kimi bir qapalı ölkədə belə elmi-texniki gəlişmənin qarşısını kəsmək qətiyyən mümkün deyil. Bu ölkədə informasiya texnologiyalarının inkişafı insanların internetdən istifadəsini getdikcə daha da qaçılmaz edir. Təbiidir ki, internetdən istifadə soydaşlarımızın dünya ilə əlaqəsini
daha da operativləşdirir. Deməli, soydaşlarımızın Azərbaycan-Türk ruhu — mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı bilgilər almaq imkanları da getdikcə atrır. Burada arzu olunan odur ki, soydaşlarımız dünyaya çıxmaq imkanı tapdıqda onu daha ciddi dəyərləndirə bilsinlər, parçalanmış millətimizin mənəvi birliyi yönündə hər bir kəs bacardığı çabanı göstərsin. Yolun çətinliyi heç kəsi ruhdan salmamalıdır.
Bilmək gərəkdir ki, türk ulusunun heç bir mübarizəsi heç zaman asanlıqla başa gəlməyəcək. Millət olaraq insani-milli haqqımızı tələb etməyimiz heç zaman eyib sayılmamalıdır. Ancaq bu, hər birimizdən yetkinlik tələb edir.
Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar. Bu, ötən illərdəki səhvlərdən qurtulmaq üçün də gözəl imkanlar yaradar. Yetkin insanların azadlıq mübarizəsi yetkin sonucla başa çatar. Bütün hallarda isə azadlıq mübarizəsini hər bir fərdin azadlıq hadisəsi səviyyəsində dərk etmək, bu duyğuyla canlı şəkildə yaşamaq gərəkdir. Mümkün qədər dünyanın halıyla yaşamamaq, dünyanın halından üstün olmaq. Bilmək ki, dünyanın Azərbaycan dərdi yoxdur. Ona görə də Bütöv Azərbaycan eşqi ilə yaşayan hər bir kəs Vətəni təmsil edəcək mənəvi gücə yetməlidir. Bu imkan isə hər bir soydaşımızın aqibətində var…
Ruhu bütöv Azərbaycanımız ikiyəbölünmüşlük taleyini yaşamaqdadır. Tarixçi-alim Vaqif Abışov 22 may hadisələri haqqında danışaraq bildirir ki, 22 may hadisələri Güneydəki soydaşlarımızın təhqirinə qarşı xalqımızın hiddətli cavabı idi: «İran konstitusiyasında başqa xalqların hüquqları ilə bağlı vədlər olsa da, yazılanlara əməl edilmir.
İranın tarixində həmişə öndə gedən Azərrbaycan türkləri olub. Ancaq xalqımız qədər də qətl-qarətlərə məruz qalan olmayıb. Bu günə kimi də xalqımıza qarşı təhqirlər davam edir. Xalqımızın azadlıq mübarizəsi davam edəcək».
Dünyanın gerçək səviyyəsi halımızı, aqibətimizi anlamaq qüdrətində deyil. Bizi sevməyənlər güclü və zəif məqamlarımızı durmadan öyrənirlər. Dünya hələ də Güney Azərbaycan dərdimizə biganəlik göstərməkdədir. Ötən yüzildə və bu yüzilin əvvəllərində Güney Azərbaycanda baş verən hadisələr onu göstərdi ki, Azərbaycan türkləri bu və ya digər taleyüklü məsələlərdə həmişə özünün fitri imkanlarına, bir millət olaraq ruhuna daha çox əsaslanmalıdır. Bu yöndə Türk Dünyasının gələcəkdə, nə vaxtsa köməyi məsələsinə gəldikdə isə təəssüf ki, hələ türklərin birliyi mahiyyətcə əməldə reallaşmayıb. Azərbaycan aydınları özgələrdən kömək ummaq adətindən əl çəkməlidirlər.
IX yüzildə həşəmətli ərəb imperiyasına qarşı mübarizədə xəyanət nəticəsində məğlub olaraq tikə-parça edilən Babəkin başçılıq etdiyi hərəkatın süqutundan sonra Azərbaycanın taleyində yenidən silsiləvi fəlakətlərə yol açıldı. Şah İsmayıl Xətayinin qurduğu dövlətin türkçülük yönü təəssüf ki, çox çəkmədi. Şah Abbas Xətayinin bütün zəhmətini farsçılığın ayağına bada verdi. 1721-ci ildə imperiya kimi qurulan Rusiya Azərbaycanın işğal olunması ilə bağlı qəddar istəklərini bir əsr ərzində gerçəkləşdirdi. Digər tərəfdən də İran Azərbaycanın tarixən düşdüyü böhranlı vəziyyətdən istifadə edərək zaman-zaman torpaqlarımızı işğal etdi. XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlardan ibarət idi. Təəssüf ki, tarixən türkün biri-birini sevməməsi, vahid dövlətçiliyinin belə bir gərəkli məqamda təsdiq olunmaması ilə acı bir gerçək durum yaratmışdı. Biri-birlərini qətiyyən sevməyən Azərbaycan xanları nə qədər ürəkağrıdıcı səslənsə də, məhz biri-birlərindən müdafiə olunmaq üçün çoxu qıraqdan özünə qəyyum axtarmağa başladı. İranla Rusiya hər biri ayrı-ayrılıqda mövcud fəlakətli vəziyyətimizdən məharətlə istifadə etdilər. Yurdumuz iki böyük yağı dövlətin müharibə meydanına çevrildi. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin amansız bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. Azərbaycan türklərinin parçalanmış xalq olduğunu dünya etiraf etməlidir. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsinin İranın əsarəti altında olduğu ilk növbədə soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır. Babəkin xəlqi əməli azadlıq uğrunda apardığı uzunmüddətli döyüşləri hələ də soydaşlarımız tərəfindən ömürləşməyib. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir. Güney Azərbaycan İran əsarətində olduğu 200 illik müddətdə özünün milli ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bilib.
Bu gün fars şovinizminin bütün qadağalarına baxmayaraq sazın soydaşlarımızın əlindən alınması mümkün deyil. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü, ciddi müqavimətinin nəticəsi kimi meydana çıxır. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu ifadədə zəifliyə və zəlilliyə yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar daha güclü olmuş məqamlarını rəmzi şəkildə bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən soydaşlarımızın, bütövlükdə millətimizin ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycanda saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danışsa da, onun bu harayında zəlillik və zəiflik olmadığından kədərimiz bizə yenilməz güc verir. Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. İranda ana dilimizdə məktəblər yoxdur, faktiki olaraq bu, Azərbaycan Türkcəsini elmi, kütləvi yöndə soydaşlarımız arasında daha geniş şəkildə bərqərar olmasına ciddi maneə yaranır. Əksinə, İran hakimiyyəti Güney Azərbaycanın çoxsaylı bölgələrində, ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayının artırılmasına çalışır ki, Azərbaycan Türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın.

Uğur

Geri dön