Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suriyada səfirliklərə hücumlar başladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Suriyada səfirliklərə hücumlar başladı

Suriyada səfirliklərə hücumlar başladı


Suriyada səfirliklərə hücumlar davam edir. Latakiya şəhərində Bəşər Əsədin tərəfdarları Fransa və Türkiyə səfirliklərinə hücum ediblər. Məlumata görə, bu şəhərdə hadisələr paytaxtdakı ilə müqayisədə daha ciddi xarakter alıb. Hazırda Latakiyadan məlumat almaq mümkün olmadığından, səfirliklərə hücumların təfərrüatları məlum deyil.

Suriyanın paytaxtı Dəməşqdə kütləvi iğtişaşlarla müşayiət olunan küçə nümayişləri başlayıb. Kütlə Dəməşqin mərkəzində Səudiyyə Ərəbistanının səfirliyinə soxulub və binanı talan edib. Mitinqçilər Qətərin səfirliyini də mühasirəyə alıblar. Qahirədə Ərəb Dövlətləri Liqasının iclasına sədrliyi Qətər edib. İclasda Suriyanın qurumdan çıxarılması barədə qərar qəbul olunub.

Yalnız Yəmən və Livanın xarici işlər nazirləri Bəşər Əsəd hakimiyyətinə qarşı sərt tədbirlərə qarşı çıxıblar. Siyasi təmasların dayandırılması ilə yanaşı, Suriyanı qonşu ərəb ölkələrinin iqtisadi sanksiyaları da gözləyir.

Qətərin baş naziri, şeyx Həməd bin Casim bin Cabir Al Tani bəyan edib ki, rəsmi Dəməşq ölkədə vəziyyətin normallaşması ilə bağlı “yol xəritəsi”nin bütün müddəalarını yerinə yetirmədən Suriyanın Ərəb Dövlətləri Liqasındakı fəaliyyəti bərpa edilməyəcək.

Vəli Vəliyev

Geri dön