Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yığmamız ikinci yeri tutdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Yığmamız ikinci yeri tutdu

Yığmamız ikinci yeri tutdu


İtaliyanın Piza şəhərində keçirilən “Toscana Football Cup 2013” turnirinə yekun vurulub. Finala yüksələn Azərbaycan millisi (U-19) həlledici oyunda yerli “Udineze” klubu ilə görüşüb.

Güclü yağış üzündən bir neçə dəfə qısa müddətə dayandırılan görüş italiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Ruslan Nəsirli vurub.

Bununla, millimiz sayca 9-cu olan ənənəvi turniri 2-ci yerdə başa vurub. 4 qol vuran Namiq Ələsgərov isə turnirin ən yaxşı bombardiri adını qazanıb.

Geri dön