Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP 28 may - Respublika günü münasibəti ilə start verdiyi tədbirləri 27-28 mayda da davam etdirdi / FOTO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, MDH > MDHP 28 may - Respublika günü münasibəti ilə start verdiyi tədbirləri 27-28 mayda da davam etdirdi / FOTO

MDHP 28 may - Respublika günü münasibəti ilə start verdiyi tədbirləri 27-28 mayda da davam etdirdi / FOTO


26 may 2013-cü ildə Milli Dirçəliş Hərəkatı Partiyasının İlk tədbiri Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində yerləşən abidəsini ziyarətlə başladı. Həmin gün Milli Dirşəliş Hərəkatı Partiyasının bir qrup gənci abidəni ziyarət etdi və ADR-in qurucularından biri M.Ə.Rəsulzadənin həyat yolu və gördüyü işlər haqqında partiya sədrinin müavinləri çıxışlar etdilər. Tədbir yüksək bayram əhval-ruhiyyəsi ilə keçdi.

27 və 28 may günlərində isə MDHP gəncləri Qarabağ savaşında şəhid olanların ailələrini və Qazi qardaşlarımızı ziyarət etməklə Bayram tədbirini davam etdirdilər. Vətən və Millət yolunda şəhid olan və Qazi olanlara diqqət yetirmək, onları lazım olduğu mərtəbədə tutmaq ən birinci vəzifəmizdir. Bu tədbirlərə rəhbərlik edən Fəqan bəy ən gözəl bayramın Şəhid ailələri və Qazilərlə görüşmək və onların dərdlərini bölüşmək olduğunu bildirdi.

MDHP 28 may - Respublika günü münasibəti ilə start verdiyi tədbirləri 27-28 mayda da davam etdirdi / FOTO

MDHP 28 may - Respublika günü münasibəti ilə start verdiyi tədbirləri 27-28 mayda da davam etdirdi / FOTO

MDHP 28 may - Respublika günü münasibəti ilə start verdiyi tədbirləri 27-28 mayda da davam etdirdi / FOTO


MDHP MƏtbuat Xidməti

Geri dön