Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq at yarışları Parisdə müzakirə edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Beynəlxalq at yarışları Parisdə müzakirə edildi

Beynəlxalq at yarışları Parisdə müzakirə edildi


Beynəlxalq Epizootiya Təşkilatının (BET) Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək üçün Parisdə səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BET-in baş direktoru Bernard Vallat ilə görüşüb və görüşdə planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıqla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər müzakirə olunub.

Yarışda iştirak edəcək atların baytarlıq sanitariyası baxımından təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə qarşı tərəfə məlumat verilib. Həmçinin, Azərbaycanda baytarlıq sahəsinin BET-in mütəxəssisləri tərəfindən ilkin qiymətləndirilməsinə dair hesabatda əksini tapmış məsələlər, əldə edilmiş nailiyyətlər və həyata keçirilməli olan işlərin birgə həlli yolları müzakirə edilib. BET-in baş direktoru yarışların keçirilməsi ilə əlaqədar faktiki vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycana təşkilatın ekspertlərindən ibarət missiyanın göndəriləcəyini qeyd edib.

İ.Abasov Azərbaycan və BET arasında əməkdaşlığın gücləndirilməsi, habelə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıq istiqamətində konkret tədbirləri müzakirə etmək məqsədilə təşkilatın Regional Komissiyasının fəxri prezidenti və Şərqi Avropa üzrə regional nümayəndəsi Nikola Belev ilə də görüş keçirilib. Görüş zamanı at yarışlarına hazırlıqla bağlı müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, atların identifikasiyası prosesinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. BET rəsmiləri ümumilikdə hazırlıqla bağlı işlərin gedişindən məmnunluğunu bildirməklə yanaşı, yarışların uğurlu keçməsi üçün tövsiyələrini veriblər.

Geri dön