Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yorğunluq nədən yaranır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yorğunluq nədən yaranır?

Yorğunluq nədən yaranır?


Qədim Romada sarımsaq legionerlərin rasionuna mütləq daxil idi, çünki, onların fikrincə, bu bitki şəfalı və qidalı xüsusiyyətləri ilə yanaşı, döyüşçülərə qüvvə və mətinlik bəxş etməyə qabildir



Yorğunluq, işdən sonra özünü birtəhər yatağa çatdırmaq və doyunca yatmaq istəyi-kimə tanış deyil? Amma istirahət günləri bizim istədiyimizdən az olur. Söhbət bahar avitaminozundan, hər iş sahəsində ara-sıra rast gəlinən gərgin günlərdən yox, başqa xəstəlikdən gedir. Onun adı bəllidir: xroniki yorğunluq sindromu.

Heç nə etmək istəmədiyin zaman

Xroniki yorğunluq sindromuna ilk dəfə 1930-50-ci illərdə rast gəlinib. 1980-ci illərin əvvəlində alimlər bu sindromun təbiətini tam öyrəndilər və onu mövcud xəstəliklərin siyahısına saldılar.
Bu xəstəlik ən müxtəlif simptomlarla özünü göstərir. Xəstələr isə bu cür şikayətlənirlər: daimi soyuqdəymələr, miqrenlər, oynaqlarda ağrı, yuxusuzluq, qıcıqlanma, yaddaşın pisləşməsi, huşsuzluq. Bundan başqa, xəstədə qızdırma, tərləmə müşahidə olunur, kiminsə limfa düyünləri şişir, saçı tökülür.

Kefsizlik, təşvişə düşmək başlayır, əvvəllər maraqlı görünən nəyəsə maraq itir.
Bəzi xəstələrdə bu hallar bir neçə aydan sonra keçir. Amma çox vaxt heç də belə olmur. Adamların çoxu belə «xırda nasazlıqlar»a diqqət yetirmir və hesab edirlər ki, doyunca yatsalar, hər şey əvvəlki tək olacaq. Halbuki bütün bunlar - orqanizmin ciddi xəstəlik barədə işarələridir.

Qadınlar daha həssasdır

Təbiətən daha emosional və həssas olan qadınlar bu xəstəlikdən kişilərə nisbətən iki-üç dəfə çox əziyyət çəkirlər. Xəstəlik əsasən, intellektual fəaliyyətlə məşğul olan 30-40 yaşlıları yaxalayır. Onların təxminən üçdə ikisi - maddi imkanlı ailələrdən olub ali təhsillidir. İşdə daha çox stresə məruz qalanlar da risk qrupundadırlar. Məlumdur ki, zehni yüklənmə insanı fiziki işdən daha çox yorur. Özünə daha yüksək tələbatla yanaşanlar da xroniki yorğunluq sindromundan tez-tez üzülürlər. Yaxın gələcəkdə bu sindromun planet əhalisinin təxminən 1,5 faizini əhatə edəcəyi gözlənilir.

Xəstəlik niyə yaranır?

Belə baxanda hər şey aydındır: xroniki yorğunluq sindromu həm zehni, həm də fiziki yüklənmələr üzündən yaranır. Amma həkimlər başqa cür düşünür. Onların fikrincə, sindromun səbəbləri başqadır: orqanizmin «çirklənməsi», çox yemək, vitamin-mineral çatışmazlığı, yuxu rejiminin pozulması və yalnız bunlardan sonra - işdəki gərginlik.
Orqanizmdə çöküntü, zəhər və toksinlərin yığılması hər hansı fəaliyyətə enerji sərfini artırır, müqaviməti azaldır, maddələr mübadiləsini pisləşdirir. Çox yemək də vitaminlərə ehtiyacı artırır, enerji sərfini çoxaldır, yuxunu pozur, maddələr mübadiləsinin artıq məhsullarının yaranmasına, orqan və toxumaların bunlarla çirklənməsinə səbəb olur. Çox yeməyin daha bir fəsadı - qanda qlükozanın səviyyəsinin qeyri-sabit olmasıdır, elə buna görə də çox zaman yeməkdən sonra, xüsusən də şirin yeməkdən sonra bədən sustalır.

Yoxsa bu, virusdur?

Xroniki yorğunluq xəstəliyinin simptomları qripi xatırladır: yüksək temperatur, limfa düyünlərinin şişməsi, boğaz ağrısı. Xəstəlik yarım ilədək uzana bilər.
Son tədqiqatlar belə şübhələrə rəvac verir ki, xroniki yorğunluq sindromu - QİÇS qədər ağır olmasa da, onun kimi immun, sinir və əzələ sistemini zədələyir. Alimlərin bir qismi respirator, su çiçəyi və retrovurisları bu xəstəliyin səbəbkarı hesab edirlər. Bəzən onlar illərlə özlərini göstərmədən orqanizmdə yaşayır, amma depressiya, yuxu pozğunluğu, qeyri-düzgün qidalanma, azhərəkətli həyat tərzi, pis ekologiya onları aktivləşdirə bilir. Bu xəstəliyin simptomları aylarla özünü göstərir, sonradan dərinləşir. Əgər onun səbəbləri vaxtında aradan qaldırılmasa, ağır formaya keçə və ciddi xəstəliklərin inkişafına gətirib çıxara bilər.

Ən etibarlı müalicə metodları

Çoxdandır ki, tədqiqatçılar xroniki yorğunluq sindromunu necə müalicə etməyin üstündə baş sındırırlar. Bunun üçün ən müxtəlif üsullar mövcüddur. Həkimlər antivirus medikamentləri, antidepressantlar, həmçinin baş və əzələ ağrıları zamanı tətbiq edilən ağrıkəsici dərmanlar təyin edirlər. Bəzən QİÇS əleyhinə preparatlar tətbiq edilir, amma onlar çox bahadır və bəzən pis ağırlaşmalar verir. Lakin belə müalicə xəstəliyin səbəblərini yox, nəticələrini aradan qaldırmağa yönəldilib.

Bəzən xəstələr xroniki yorğunluq sindromu ilə mübarizədə elə adi həyatda istifadə edilən üsullara - siqaretə, qəhvə və spirtli içkilərə əl atırlar. Lakin onların gümrahlaşdırıcı təsiri tez keçir, orqanizmə vurulan zərər isə daha da artır.
Hər halda çıxış yolu var, xroniki yorğunluq sindromunun ən təhlükəsiz və sınanmış üsulları - sağlam həyat tərzi və düzgün qidalanmadır. Yüksək keyfiyyətli ərzaq məhsulları, vitamin və mineralların təbii mənbəyi, faydalı bitkilər orqanizmi təmizləyir, onu gərəkli elementlərlə qidalandırır, zərərli təsirlərdən qoruyur, immuniteti artırır. Xəstəliklə mübarizədə psixoloji metodlar da mühüm əhəmiyyət daşıyır.

Yorğunluğa qarşı pəhriz

Əgər davamlı yorğunluq hiss edirsiniz və fiziki qüvvəniz tez tükənirsə, bu zaman enerji ehtiyatını bərpa edən və orqanizmdə maddələr mübadiləsini stimullaşdıran bir sıra təbii nemətlər həmişə sizin qida rasionunuzda olmalıdır.

Qərzəklilər. Sinir və immun sistemini möhkəmləndirən, zehni fəaliyyəti aktivləşdirən, qıcıqlanmanı aradan qaldıran və diqqəti cəmləşdirməyə kömək edən B qrupu vitaminləri ilə zəngindir. Bundan başqa, onların tərkibindəki bitki yağları və zülallar heyvan mənşəli birləşmələrdən fərqli olaraq, orqanizmə asan sorulur, bundan ötrü böyük enerji məsrəfi tələb etmir və onların tərkibində, məsələn, ətin tərkibindəki qədər çoxlu zərərli maddə yoxdur.

Sarımsaq. İmmun sistemini möhkəmləndirir, onun tərkibində fitonsidlər - mikrobəleyhinə təsir göstərən xüsusi maddələr var. Qədim Romada sarımsaq legionerlərin rasionuna mütləq daxil idi, çünki, onların fikrincə, bu bitki şəfalı və qidalı xüsusiyyətləri ilə yanaşı, döyüşçülərə qüvvə və mətinlik bəxş etməyə qabildir. Misirdə piramidaların tikintisində çalışanlara hər gün soğan-sarımsaq verirdilər ki, xəstələnməsinlər.

Banan. Əsl enerji xəzinəsidir. Ondan başqa heç bir meyvə insana təxminən bir saatlıq enerji vermir. Tərkibində karbohidrat çox, yağ az olduğundan qanda xolesterinin azalmasına kömək edir. Bananın tərkibindəki antidepessantlar qəlb rahatlığını bərpa edərək insanın ovqatını düzəldir.

Yerkökü. Qanı təmizləyir, tərkibində hüceyrələrin fəaliyyətini stimullaşdıran, onları təzələyən, dərini ətraf mühitin zərərli təsirindən qoruyaraq onu elastik və hamarlayan A vitamini çox olduğundan hüceyrələrin gənclik mənbəyi sayılır.

Yorğunluq artmasın deyə…
- Özünüzlə mənfi situasiyalar arasında maneə yaratmağa çalışın. Hər hansı münaqişədə təxəyyülünüzdə qoruyucu ekran yaradın və müsahibinizin sizə ünvanladığı bütün ittihamların həmin ekrana dəyərək özünə qaytıdığını müşahidə edin.
- Düşmənlərinizə nifrət bəsləməyə son qoyun, onlara yuxarıdan aşağı baxın, bu zaman qəlbiniz rahatlanar, sinir sisteminiz nizama düşər.
- Özünüzü işlə yükləməyin.
- Cansıxıcı günlərdə berqamot, naringi və ya limon yağından istifadə edin. Salfetə 2 damcı yağ damızdırıb, çox vaxt keçirdiyiniz yerdə saxlayın ki, özünüzü gümrah hiss edəsiniz.
- Boş vaxtınızda meşədə, parkda gəzişin. Ağaclığın biosahəsi bütün fəsillərdə insana xoş təsir bağışlayır.

Arzu




Geri dön