Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əsəd İsrailə "zərbəyə cavab zərbəsi" olacağına söz verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Əsəd İsrailə "zərbəyə cavab zərbəsi" olacağına söz verdi

Əsəd İsrailə "zərbəyə cavab zərbəsi" olacağına söz verdi


Suriya prezidenti Bəşər Əsəd İsrailin gələcəkdə ola biləcək istənilən təcavüzünə adekvat tədbirlərlə cavab verəcəyini bildirib. RİA Novosti xəbər verir ki, Suriya rəhbəri İsrailin hücumlarına cavabın effektli olacağını deyib.
"Biz digər ölkələri də xəbərdar etmişik ki, zərbəyə cavab zərbəsi olacaq. Əlbəttə ki, hansı hərbi vasitələrdən istifadə edəcəyimizi indi demək çətindir. Bunu hərbi komandanlıq müəyyən edəcək. Bizim bir neçə variantımız var" - deyə o əlavə edib.
Xatırladaq ki, İsrail qüvvələri bir neçə dəfə Suriyadakı obyektləri vurub. Təl-Əviv zərbələri əsaslandırmaq üçün deyib ki, bunlar Suriyanın "Hizbullaha" raketlər ötürmək cəhdinin qarşısını almaq üçündür.

Geri dön