Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada yaşayan Türkdilli xalqların I beynəlxalq konfransı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Diaspor > Ukraynada yaşayan Türkdilli xalqların I beynəlxalq konfransı keçiriləcək

Ukraynada yaşayan Türkdilli xalqların I beynəlxalq konfransı keçiriləcək


Bu ilin payızında Krımda Ukraynada yaşayan Türkdilli xalqların I beynəlxalq konfransı keçiriləcək.

Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bildiriblər ki, bu barədə qərar Kiyevdə “Ukraynada türk faktoru: yerli xalqlar nə istəyir?” mövzusunda keçirilən dəyirmi masada qəbul olunub.



UAK sədri Rövşən Tağıyev bildirib ki, Ukraynada yaşayan Türkdilli xalqlar bu ölkənin tam səlahiyyətli vətəndaşıdır, onlar ölkənin iqtisadi, siyasi və mədəni həyatında aktiv rol oynayırlar.



Onun sözlərinə görə, Krımda keçiriləcək beynəlxalq konfrans mədəni və milli inkişaf, konstitusiya islahatlarında, ölkənin ictimai və siyasi həyatında aktiv iştirak məsələlərinə həsr olunacaq.



Ukrayna Vətəndaş Konstitusiya Konqresinin sədri Yuri Zbitnev isə dəyirmi masada deyib ki, Azərbaycan və Türkiyənin də təmsil olunduğu Türkdilli Ölkələrin Parlament Assambleyası da konfransın işində müşahidəçi kimi iştirak edəcək. Ukrayna Vətəndaş Konstitusiya Konqresinin üzvü Timur Masautov bildirib ki, əsas diqqət Türkdilli ölkələrlə münasibətlərə və milli humanitar layihələrə yönələcək. Onun sözlərinə görə, Ukraynada bu gün türkdilli xalqların bir milyondan çox nümayəndəsi yaşayır. Konfransda ictimai xadimlərin, ekspertlərin, türkdilli xalqların nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Geri dön