Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Con Kerri: ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Con Kerri: ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir

Con Kerri: ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir


ABŞ dövlət katibi Ermənistanın xarici işlər nazirini qəbul edib


ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı qəbul edib.

ABŞ Dövlət Departamentinin xəbərinə görə, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini və bir sıra regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.



C.Kerri deyib ki, Ermənistan bir sıra məsələlər üzrə ABŞ-ın tərəfdaş ölkəsidir: “Massaçusets ştatında çoxlu sayda ermənilər yaşayır və mənim dostlarım arasında da erməni icmasının xeyli nümayəndəsi var”.



Dövlət katibi bildirib ki, ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də dondurulmuş Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin hər zaman dirəndiyi və təhlükəli olan dalanı keçmək üçün mütləq həll yolu tapılmalıdır”.

Geri dön