Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xaçmazda dəhşətli qəza: bir nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Xaçmazda dəhşətli qəza: bir nəfər ölüb

Xaçmazda dəhşətli qəza: bir nəfər ölüb


Xaçmazda dəhşətli yol qəzası baş verib. Hadisə Gəndob-Yalama yolunun 44-cü km-də qeydə alınıb.
Məlumata görə, 32 yaşlı Xudat şəhər sakini Ramil Qurbanovun idarə etdiyi 90 CL 238 qeydiyyat nişanlı "Wolksfagen" markalı avtomobil Xudatdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb və magistraldan 150 metr kənara düşüb. Qəza zamanı sürücü Ramil Qurbanov hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı sürücü avtomobildə tək olub. Onun cəsədi Xaçmaz rayon Morqunda müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib. İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.
Gecə saatlarında digər bir yol nəqliyyat hadisəsi Gəndob-Yalama yolunun 26-cı km-də, magistralın Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib.
Xudat istiqamətində hərəkətdə olan 25 yaşlı Xaçmaz rayonunun Müşkür kənd sakini Cəfər Tahirovun idarə etdiyi 10 RV 695 qeydiyyat nişanlı "Opel" markalı avtomobil qarşıdan gələn 90 RT 754 qeydiyyat nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Qəzaya yüksək sürətin və "Mercedes" markalı avtomobilin yol hərəkəti qaydasını pozmasının səbəb olduğu bildirilir.
Hazırda fakt araşdırılır.

Geri dön