Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həmsədrlərin uğursuz cəhdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Həmsədrlərin uğursuz cəhdi

Həmsədrlərin uğursuz cəhdi


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdıra bilməyib

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü razılaşdıra bilməyib və belə bir görüş barədə yayın sonu, payızın əvvəlindən tez danışmaq mümkün deyil.
Bunu münaqişənin həllinə dair danışıqlarda iştirak edən ölkələrdən birinin nümayəndəsi İTAR-TASS-a açıqlamasında deyib. Vyanadakı diplomatik mənbə bildirib ki, Zalsburqda iyunun 12-nə planlaşdırılan növbəti görüş baş tutmayacaq. Onun proqnozuna əsasən görüşün yayın sonları, payızın əvvəlindən tez baş tutması mümkün deyil.
Xatırladaq ki, may ayında ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünü razılaşdırmaq üçün növbəti dəfə bölgəyə səfər ediblər. Həmsədrlərin birgə bəyanatında bildirilib ki, yaxın vaxtlarda yalnız xarici işlər nazirləri ilə görüş nəzərdə tutulur

Geri dön