Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TQDK sədri Şamaxıda vətəndaşları qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > TQDK sədri Şamaxıda vətəndaşları qəbul edib

TQDK sədri Şamaxıda vətəndaşları qəbul edib


Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan və İsmayıllı rayonlarının sakinləri ilə görüşüb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı komissiya sədri onların müraciətlərini dinləyib. Ümumilikdə qəbulda 20-dək vətəndaş iştirak edib.
Görüşdə vətəndaşların çoxsaylı müraciətləri, problemləri dinlənilib. Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub. Bundan başqa, sakinlər komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər. Qeyd olunub ki, TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.

Geri dön