Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sambo üzrə azərbaycanlı dünya çempionu özünü asdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə, İdman > Sambo üzrə azərbaycanlı dünya çempionu özünü asdı

Sambo üzrə azərbaycanlı dünya çempionu özünü asdı


Sambo üzrə dünya çempionu Əhəd Rəcəbli intihar edib. Sambo və cüdo üzrə dəfələrlə respublika çempionu olmuş 51 yaşlı Rəcəbli ötən şənbə axşam saatlarında özünü yaşadığı mənzildə idman arenasında qazandığı qara kəmərlə asıb.

Bu haqda Sumqayıt şəhər polis idarəsindən məlumat verilib.

Bəzi məlumatlara görə, Rəcəbli intihardan öncə həyat yoldaşını mağazaya çörək dalınca göndərib. Xanımı qayıdana kimi veteran idmançı dünyasını dəyişib.

12 il cüdo ilə məşğul olmuş Rəcəblinin son vaxtlar psixoloji cəhətdən bəzi problemlərinin olduğu və tez-tez dostlarına depressiya ilə bağlı gileyləndiyi bildirilir. Faktla bağlı istintaq gedir.

Qeyd edək ki, əməkdar məşqçi olan Rəcəbli tanınmış idman nəslindəndir. Onun kiçik qardaşı Əhməd Rəcəbli Azərbaycanda cüdo məktəbinin əsasını qoyanlardandır. Rəcəbli tanınmış cüdoçu Elxan Rəcəblinin əmisidir.

Geri dön