Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millimizin sabiq futbolçusunun komandası dağıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Millimizin sabiq futbolçusunun komandası dağıldı

Millimizin sabiq futbolçusunun komandası dağıldı


Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Zeynalovun şərəfini qoruduğu Ukraynanın “Krımteplitsa” komandası dağılıb. Məlumatına görə, Molodejnoe təmsilçisi I liqada çıxış etməyəcək.

Rəhbərlik əsas komandanın buraxılmağı haqda qərar çıxarıb. İndi klub gənc futbolçuların yetişdirilməyinə və müxtəlif uşaq turnirlərdə iştirakına diqqətini yönəldəcək.

Zeynalovun komandası ötən çempionatda 35 xalla 14-cü olub. Ruslan isə artıq nəinki komandasını, ölkəsini dəyişərək, Belarusa gedib. 31 yaşlı yarımmüdafiəçi “Belşina”nın oyunçusudur.

Qeyd edək ki, 2 müxtəlif dövrdə “Krımteplitsa”da oynayan, 54 oyunda 9 qol vuran Ruslan millimizin baş məşqçisi Berti Foqtsun ilk matçlarında cəlb olunub.

Geri dön