Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanlılara Ana dilində təhsil uğrunda imzatoplama kampaniyası başlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Diaspor > Güney Azərbaycanlılara Ana dilində təhsil uğrunda imzatoplama kampaniyası başlandı

Güney Azərbaycanlılara Ana dilində təhsil uğrunda imzatoplama kampaniyası başlandı


İranda yaşayan 35 milyon Azərbaycan türkünə azərbaycanca təhsil haqqı verilməlidir adlı imza kampaniyasına start verildi.

Kampaniyada belə müraciət olunur:”75 milyon əhalisi olan İran İslam Respublikasında 35 milyondan çox Azərbaycan türkü yaşamaqdadır. Iranda farsların Azərbaycan türkləırindən daha az olmasına ragmən, İran fars dövlətidir. Resmi dil farscadır. İranda Azərbaycan türklərindən başqa, kürdlər, ərəblər, bəluclar və ermənilər kimi bəzi kiçik azsaylı etnik qruplar da yaşayır.

Sayı 100 min civarında olan ermənilər beynəlxalq anlaşmalar ilə qaranti altına alınmış ana dilində təhsil haqları olamsına rağmən, digər millətlərin ana dilində təhsil haqqı yoxdur.Hər insanın, hər millətin ən təməl insan haqlarlndan birincisi ana dilində təhsil alma haqqıdır.Bu haqq, insan haqları bəyannaməsində də öz əksini tapmışdır.

Bu gün Cənubi Azərbaycnda yüzlərcə, aydın və insan haqları müdafiəçisi ana dilində təhsil istədikləri üçün həbslərdə, işgəncə evlərində və təqib altında yaşamaqdadır. Bir çox aydın təzyiqlər üzündən ölkəni tərk etmək məcburiyyətində qalmışdır.

İranda əhalinin çoxluğunu təşkil edən Azərbaycanlılara Ana dilində təhsil haqqı verilməsi vacibdir.Türkiyədə yaşayan Azərbaycan türklərini, insan haqları müdafiəçiləri, ziyalıları və insan olan hər kəsi kampaniyanı dəstəkləyirik.


Buraya tıklayaraq imzalayın

Geri dön