Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan beynəlxalq mükafata layiq görülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Azərbaycan beynəlxalq mükafata layiq görülüb

Azərbaycan beynəlxalq mükafata layiq görülüb


Avropa Parlamentində Avropa İttifaqı və Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondunun birgə təsis etdikləri mükafatların təntənəli təqdimat mərasimi keçirilib

Avropa Parlamentində Avropa İttifaqı və Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondunun birgə təsis etdikləri mükafatların təntənəli təqdimat mərasimi keçirilib. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Avropa İttifaqının müxtəlif institutları, NATO, Belçikada akkreditə olunmuş diplomatik korpus, müxtəlif qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini təmsil edən qonaqlar iştirak ediblər. Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondunun Prezidenti Akkan Suvar çıxış edərək, Fondun yaranma tarixi, fəaliyyəti, əhatə etdiyi sahələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikası Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondunun beynəlxalq sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoqun təşviqi sahələrində əldə edilmiş tərəqqiyə verdiyi tövhəyə və enerji ehtiyatları sahəsində əsas investisiyalar da daxil olmaqla, yeni strateji regional enerji koridorlarının inkişaf etdirilməsində fəal roluna görə Fondun 2012-ci il üzrə mükafatına layiq görülüb.

Azərbaycan Respublikasına verilmiş bu mükafat Avropa İttifaqının məsul əməkdaşı tərəfindən Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərova təqdim edilib.

Səfir Fuad İsgəndərov Fondun rəhbərliyinə Azərbaycan Respublikasının belə mühüm bir nominasiyada mükafata layiq görüldüyünə görə öz təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının BMT TŞ-nın qeyri-daimi üzvü qismində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, eyni zamanda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində atdığı addımlarlardan bəhs edib, ölkəmizin regional əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı olduğunu vurğulanıb.

Mərasimdə müxtəlif nominasiyalar üzrə Gürcüstan, Moldova, Monteneqro, Rumıniya və Türkiyə təmsilçilərinə də mükafatlar təqdim edilib.

Qara dəniz – Xəzər dənizi Beynəlxalq Fondu 2009-cu ilin mart ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Rumıniya Respublikasının prezidenti Trayan Baseskunun təşəbbüsü əsasında yaradılmış qeyri-hökumət təşkilatıdır. Fond özündə 19 ölkənin tanınmış siyasətçilərini, elm adamlarını və diplomatlarını özündə cəmləşdirir.

Geri dön