Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğanla Obama arasında kritik telefon danışığı olub (VİDEO)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Türk dünyası-Turan > Ərdoğanla Obama arasında kritik telefon danışığı olub (VİDEO)

Ərdoğanla Obama arasında kritik telefon danışığı olub (VİDEO)


Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub
naziri Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatlar prezidenti Barak Obama arasında telefon danışığı olub. Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub.

Türkiyə hökumətinin yaydığı məlumata görə, söhbətdə əsasən Suriya məsələsi müzakirə olunub. İki lider, Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsinə işarəylə, siyasi həll üçün Türkiyə və ABŞ-ın birlikdə fəaliyyət göstərməyə, Suriya koalisiyasını və ali hərbi şuranı dəstəkləməyə davam edəcəklərini bildiriblər. Terrorizmlə mübarizə mövzusunda da birgə fəaliyyət və əlaqələndirmənin davam edəcəyini ifadə ediblər. Baş nazir Gəzi parkı ilə bağlı hadisələr haqqında da Birləşmiş Ştatlar prezidentinə məlumat verib. İki lider, söhbət çərçivəsində mətbuat və ifadə azadlığının, zorakılıq olmayan toplantı və nümayiş azadlığının da hər iki ölkənin ortaq dəyərləri arasında olduğunu vurğulayıblar.

Geri dön