Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misir ordusu təxribatlardan ehtiyat edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Misir ordusu təxribatlardan ehtiyat edir

Misir ordusu təxribatlardan ehtiyat edir


Misir Silahlı Qüvvələrinin komandanlığı ölkə vətəndaşlarını ordunu nüfuzdan salmaq məqsədilə yaxın günlərdə mümkün təxribatlar barədə xəbərdar edib və ayıq-sayıq olmağa çağırıb. RİA Novosti məlumat verir ki, bu barədə Misir SQ-nin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: "Bütün hərbçilər ciddi şəkildə müəyyən ərazilərdə yerləşdiriblər, onlar yalnız hərbi komandanlığın əmri ilə yerlərini tərk edirlər. Xalqın toplaşdığı yerlərdə hərbi formada olanlar şübhə yaratmalıdır. Vətəndaşları onlarla qarşılıqlı münasibətdə olmazdan əvvəl həbri formada olanların kimliyini aydınlaşdırmağa çalışırıq".
Hərbçilər, həmçinin vətəndaşlara hərbi formadan qeyri-qanuni istifadəyə və hərbi obyektlərə icazə verilmədən yaxınlaşmağa görə məsuliyyət barədə xəbərdalıq edib.
Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt verib.

Geri dön