Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni silahlıları mövqelərimizi atəşə tutublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Erməni silahlıları mövqelərimizi atəşə tutublar

Erməni silahlıları mövqelərimizi atəşə tutublar


Erməni sialhlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şirvanlı, Şıxlar, Cəvahirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Geri dön