Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elshen Elisoy: - İSLAM DİNİ VƏ FARS ŞOVNİZMİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Elshen Elisoy: - İSLAM DİNİ VƏ FARS ŞOVNİZMİ

Elshen Elisoy: - İSLAM DİNİ VƏ FARS ŞOVNİZMİ


Müqəddəs İslam dini Allah _Təalanın bizlərə bəxş etdiyi ən müqəddəs nemətdir.İslam dini insan haqlarını əxlaqi dəyərləri öz müqəddəs pirinsiplərindən sayır və insanı yer üzünün əşrəfi hesab edir. Müqəddəs dinimiz demkratiya və insan haqlarının qorunmasını "Qurani Kərim" ayələrində də dəfələrlə göstərmiş, hətta müqəddəs dəyərlərin təbliğində zor işlətməyə qarşı çıxmışdır. " Ya Peyğəmbər, sən isə ( İnsanlara Allahın nemətləri, Töhfid haqqında xatırlat, sən ancaq ancaq xatırladansan( vəzifən ancaq təbliğ etməkdir) Sən onların üstündə hökmran deyilsən. (Əl- Qaşiyə. 21.22).Bütüb bunlar İslam dininin məqsədə nail olmaq xatirinə zor işlətməyin əleyhinə olmasına sübutdur.Çox təssüf ki bu gün xalqlar həpsxanası adlandırılar İranda Fars şovinistləri islam adını əslində bayrağa çevirib özlərini dünyada islamın dayağı kimi göstərməklə əslində , İranın müqəddəstləşdirilməsinə, bununlada İslam şüarı altında İranda yaşayan başqa millətlərin ən əsas Türklərin üzərindəki hakimiyyətlərinin ömrünü uzatmağa çalışmaqdadır. Bu gün dünyada insan haqlarının ən çox pozulduğu yer məhs İrandır. Fars şovinistləri hakimiyyətə, mənsəbə o qədər meyillidirlər ki, hakimiyyət naminə hətda Allahın qanunlarına qarşıçıxmaqdanda çəkinmirlər. Bu gün İranda 35 milyondan çox OLAN TÜRKÜN ÖZ ANA DİLİNDƏ YAZIB-OXUMAQ HÜQUQU YOXDUR. Halbu ki, insanların dillərinin və rənglərinin müxtəlifliyi məhs Allahın məsləhəti və əmri ilə olmuşdur. "Göylərin və yerin yaradılması dillərinizin və rənglərinizin müxtəlifliyi onun qüdrət əlamətlərindəndir" ( Ər-Rum. 22) Bu müxtəliflik nə üstünlük, də də yarasızlıq əlamətləridir. İnsanların rənglərinin və dillərinin arasında ki fərq heç kimə heç bir imtiyaz vermir.Bəs belə olan halda nə üçün 15 milyonluq Farsın dili dövlətin rəsmi dili olur və Fars dilində danışmayanlar cəzalandıqdırıdıqları halda 35 milyondan çox olan Türklərin öz ana dillərində heç bir orta və ya ali təhsil müəssəsi yoxdur və Türk dilini tələb edənlər cəzalandırılırlar. Əgər Allah təalanın sözləri kimi anladığımız Qurani Kərimdə Dillərin müxtəlifliyi Allahın qüdrət əlamətlərindən biri kimi göstərilirsə, onda Cənubi Azərbaycanda olan 35 milyondan çox olan Azərbaycan Türkünün öz ana dilində danışmaq istəməsinə görə dar ağacından asılması, müxtəlif bəhanələrlə zindanlara atılması, milyonlarca soydaşımızın ölkədən didərgin salınması özlərini şəriət dövləti adlandıran Farsların əslində Allahın qüdrət əlamətinə qarşı çıxmaq deyilmi? İslam ölkəsi olmaq qadınları məcburən çadrada gəzdirməklə, insanlara zorla namaz qıldırmaqla ölçülmür.Halbu ki kiməsə məcbur namaz qıldırmaqda şəriətə uyğun deyil.Bu sadəcə görüntü üçündür. " Əgər Rəbbin istəsəydi yer üzündə kim varsa hamısını imana gətirərdi.Sən insanları məcburmu edəcəksən onlar mömün olsunlar"( Yunis Surəsi. 99) Əslində şəriət dövləti ona deyilir ki, orada hər şey Allahın qanunları ilə idarə olunur və orada insanlar bərabər hüquqlara malik olurlar.Ancaq Fars şovinistləri o qədər yollarını azıblar ki,həta AlahınKəlamlarınıda unudaraq İranda yaşayan başqa millətlərə rişxəntlə yanaşırlar.Buna misal olaraq İranda TÜRKLƏRİ TƏHQİR EDƏN KRAKATURA OLAYINI YADA SALMAQ İSTƏYİRƏM. Halbu ki, Qurani Kərimdə də hər hansısa qövmün başqa bir qövmə rişxənd etməsi pislənmişdir. " Ey o kəslər ki,iman gətirmişlər! Bir qövm başqa bir qövmə rişxənd etməsin! Ola bilsin ki onlar ( rişxənd edilənlər) özlərindən ( rişxənd edənlərdən) yaxşı olsunlar" ( Əl - hücurat.11 )Bütün bunlar Farsların öz xislətlərindən gələn xəstə təfəkkürü şəriət qanunlarından üstün tutmasına bir sübütdur.Ancaq bütün dünya Türklərinkim olduğunu çox gözəl bilir və Farsların Türkə qarşı düşmən mövqeyi xiristian ölkələrinin marağlarına uyğun bir işdir.Çünki İslam dünyasına qarşı olan səlib yürüşlərini Farslar yox Türklər darmadağın etmişlər. Bütün bunları xristianlar heç vağt yadlarından çıxarmayıblar. Elə buna görədə 1970 ci illərdə İranda inqilabın qaçılmaz olduğunu bilən Avropa Fransada olan Xomeynini ən müasir texniki avadanlıqlarla təhçiz edərək,İran inqilabı liderliyinə gətirməyə nail oldu. 1979 ci ildə Xomeyni Fransaya məxsus təyarə ilə İran ərazisinə gəldi.Bütün bulara diqqət yetirəndə belə bir sual yaranır: Fransa nə vağtdan islamtəsübkeşiolub ki, İslam inqilabına dəstək verir?Əslində xristian dünyası İranda inqilab əhfal ruhiyəsin görürdü. Xalq şah rejimindən bezmişdir və bu zaman İranda ən aktiv millətməhs Türklər idi.Çünki Cənubi Azərbaycanda bu vağta qədər üç böyük inqilab baş vermişdir. Əgər Türklər inqilaba rəhbərlik etsəydilər, dünyada Türkiyə ilə yanaşı daha bir demokratik müsalman ölkəsi yarana bilərdi.. Təbii ki, bu xristan Avropasına sərf etmirdi. Ona görədə onlara elmi-texniki baxımından inkşaf edən və insan haqlarının qorunduğu bir müsalman ölkəsi lazım deyil.Onlara nağıllarla, miflərlə idarə olunan, küçələrində hələdə dar ağaclarından sallanan insan cəsədləri olan islam ölkəsi lazımdır. Çün ki, onda islamaq arşı daha kəskin dəlillərlə çıxa bilirlər. Dahi Üzeyir bəy demişkən, adımızı vəhşi qoyurlar ki,başımızı kəsəndə insanın yox vəhşinin başını kəstiklərini deyə bilsinlər. Bütün bunlar Fars şovnizminin islam dininə vurduğu ən böyük zərbələrdən biridir. Müqəddəs dinimizinbizlərə buyurduğu ən gözəl işlərdən biridə islam qardaşlığıdır. Dinmizdə bütün mömünlərin qardaş olduqları göstərilir və müsalmanların düşmənləri ilə dosluq qadağan edilir. Bu barədə " Qurani Kərim"də açıq aşkar dəlillər mövcuddur. " Ey iman gətirənlər. mömünləri qoyub kafirləri dost tutmayın! Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirs" (Ən- Nisa. 144) Bu gün Azərbaycan torpaqları erməni işğalı altındadır. ermənilər Qarabağın tanınmış seyyid ocaqlarını viran qoyub. Neçə-neçə müsalman qızl-gəlinlərini əsir deərək başlarına olmazın zülmünü açırlar. Ancaq ermənilərin bölgədə an yaxın müttəfiqi özünü islam dövləti adlandıran İrandır.Hər birimizə məlumdur ki Qarabağın bütün sərivəti İrana daşınır Halbuki Qarabağda talanedilər hər şey müsalmanlara məxsusdur. Hədislərin birində Peyğəmbərimiz (S) buyurmuşdur: Özü üçün istədiyini mömün qardaşı üçün istəməyən həqiqi mömün ola bilməz" Bu gün Qarabağın var dövlətini, qəbirsanlıqlarındaki mərmər qəbir daşlarını irana daşıyan fars, dağıtdığı qəbirlərin, sökdüyü evlərin sahiblərinin çəkdiklərini özləri üçün arzulayarlarmı? Axı onlar özlərini mömün dövlətlərini isə islam dövləti hesab edirlər. Bu gün yenədə səlibçilər tərəfindən islam dininə qarşı əvvəlkilərdən fərqli, ancaq eyni mahiyyət daşıyan basqılar mövcuddur. Yenədə səlibçilərə qarşı nə Ərəb nədə Fars dayanacaq. TANRI DİNİNİ ANCAQ TANRI ORDUSU TÜRKLƏR QORUMAĞA
QADİRDİR! TANRI TÜRKÜ QORUSUN!

Geri dön