Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan qazını Türkiyə ilə Avropa bazarına TransAnadolu qaz xətti çıxaracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan qazını Türkiyə ilə Avropa bazarına TransAnadolu qaz xətti çıxaracaq

Azərbaycan qazını Türkiyə ilə Avropa bazarına TransAnadolu qaz xətti çıxaracaq


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Azərbaycan qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxaracaq yeni qaz xəttinin adını açıqlayıb. O bildirib ki, bu, TransAnadolu qaz boru kəməridir. Türkiyənin “Anadolu” agentliyinin verdiyi məlumata görə, İstanbulda keçirilən 3-cü Qara dəniz Enerji və İqtisadi Forumunda çıxış edən Rövnəq Abdullayevin sözlərinə görə, layihə üzrə müəyyən işlərə artıq başlanılıb.

“Biz türk qardaşlarımızla razılığa gələrək yeni tranzit qaz boru kəməri layihəsinin gerçəkləşdirilməsinə başlamışıq. Beləliklə, boru kəmərinin təməlinə ilk daşı qoyduq. Azərbaycanın zəngin qaz ehtiyatı Türkiyənin bazarına çıxarılacaq. Bu iki qardaş dövlətin uğurudur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu boru kəməri Türkiyənin Anadolu bölgəsinin şərqindən qərb sərhədinədək uzanacaq.

Geri dön