Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Heç bir jurnalist yazıya görə azadlıqdan məhrum edilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Heç bir jurnalist yazıya görə azadlıqdan məhrum edilmir

Heç bir jurnalist yazıya görə azadlıqdan məhrum edilmir


Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq


Azərbaycan jurnalistlərinin 11 iyul 2013-cü il qurultayında hesabat məruzəsi ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, son beş ildə quruma ümumilikdə 2871 müraciət daxil olub, bunlardan 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir.

Sədr bildirib ki, ilkin mərhələdə baxılan 2871 məsələdən 1399-u katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub: “Digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün komissiyalara təqdim edilib. Şikayətlərin 728-nə komissiyalarda baxılıb”.

“Azərbaycanda “Diffamasiya haqqında” qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir.

Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də var”.

Onun sözlərinə görə, mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərdən uzlaşdırılmasına ehtiyac duyulur. Ə.Amaşov qeyd edib ki, “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi ətrafında gedən müzakirələr onun beynəlxalq standartlara cavab verdiyi barədə rəy yaradıb. Şura sədrinin fikrincə, həmin layihə hazırda müvafiq qurumlarda araşdırılmaqdadır.

“Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutubsa, bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır. Bu cəhətdən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikamız üçün prinsipial əhəmiyyət daşımaqdadır. Yəni diffamasiya bizim üçün gedilməsi vacib yoldur. Hazırkı dövrdə praktiki olaraq heç bir jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilmir. Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq. Ümid edirəm ki, məsələ tezliklə müsbət həllini tapacaq”, - deyə MŞ-nın sədri qeyd edib.

Geri dön