Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakı və Naxçıvanda birgə təlimlər keçirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan, Hərb > Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakı və Naxçıvanda birgə təlimlər keçirir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakı və Naxçıvanda birgə təlimlər keçirir


Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.


Bu barədə Türkiyə Silahlı qüvvələri Baş Qərargahı məlumat verib.



Bu gün start götürən təlimlər iyulun 28-dək davam edəcək. Təlimlər Bakı və Naxçıvanda icra olunacaq.



«Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübəni paylaşmaqdır», - deyə Baş Qərargahın məlumatında bildirilib.



Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılacaq.

Geri dön