Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ

GÜNEY XƏBƏRLƏRİ


"İrana hücumun nəticələri fəlakət olar"

Səudiyyə Ərəbistanı şahzadəsi Türki əl-Fəysal Vaşinqtonda Beynəlxalq Mətbuat Klubunun mətbuat konfransında regionda baş verən hadisələrlə bağlı suallara cavab verib. Şahzadə Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd planının arxasında İranın dayanması iddialarından sonra buna «güc işlətməklə» cavab verməyi düşünən ölkələrə xəbərdarlıq edib. «İrana hücumun nəticələri fəlakət olar, özü də təkcə insan tələfatı baxımından yox. İran buna qarşılıq verə bilər, bu qarşılıq isə dünya miqyasında ola bilər. İranın cavabı Fars körfəzində bir-iki hədəflə məhdudlaşmayacaq, ABŞ və digər ölkələrin dünyadakı maraqları hədəfə alınacaq.» - Səudiyyə Ərəbistanı şahzadəsi belə deyib.

Şahzadə həmçinin bildirib ki, ölkəsinin İranla yalnız iki məsələdə problemi var: birincisi- İranın kütləvi qırğın silahı yaratmaq arzusu, ikincisi isə davamlı olaraq ərəb ölkələrinin daxili işlərinə qarışmasıdır. Şahzadə Türki əl-Fəysal İran rəhbərliyini nüvə silahına sahib olmaq niyyətindən daşınmağa çağırıb.


MƏHƏMMƏD XATƏMİ: “VAXT və FÜRSƏTLƏR SÜRƏTLƏ ƏLDƏN GEDİR”

Noyabrın 14-də Azərbaycanın bir qrup islahatçı gənci ilə görüşən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədəki böhrandan və İrana mümkün hərbi hücumdan danışıb.
İranda qarşıdan gələn parlament seçkisinin sağlam keçirilməsinin vacibliyini vurğulayan Məhəmməd Xatəmi deyib ki, hakimiyyət ölkənin siyasi atmosferini dəyişməsə, sabah bunun üçün çox gec olacaq: “Gəlin siyasi atmosferin dəyişməsinə, siyasi məhbusların azadlığa buraxılmasına və ev dustaqlıqlarının ləğvinə şərait yaradın. Bizim xalqımızda və dərd çəkmiş gənclərimizdə o qədər alicənablıq var ki, indiki atmosfer dəyişsə, gələcəyə ümidləri olsa, hər şeyi bağışlayıb güzəştə gedərlər. Belə olan halda ölkənin təhlükəsizliyi təmin ediləcək. Hər halda nəzərə almaq lazımdır ki, bunun üçün vaxt və fürsətlər sürətlə əldən gedir.
Təəssüflər olsun ki, bu gün həm Amerikada, həm də İranda bəzi şəxslər hər iki ölkənin qarşı-qarşıya gəlməsində, problemin daha da dərinləşməsində maraqlıdırlar. Ümid edirəm ki, cənab Obama müharibə tələb edən bu kimi şəxslərin təsirinə düşməsin və cənab Buşun tutub getdiyi yoldan dərs götürsün. İranda da bəzilərinin çörəyi böhrandan, zorakılıqdan, toqquşma və gərginlikdən çıxır. Bunlar indiki vəziyyətin qarışıb ixtilafların dərinləşməsindən o qədər də narahat deyil. Xalq ağsaqqalları bu kimi şəxslərin qarşısını almalıdır”.


Urmunun millət vəkili: “Urmu Gölünün quruması insani faciə ilə nəticələnəcək”

Güney Azərbaycan və ətraf bölgələri ekoloji faciə gözləyir. Urmu Gölü böhranı artıq rəsmi şəxsləri də dilə gətirib.
Urmunun millət vəkili Nadir Qazipur İran parlamentində üzünü səlahiyyətli nazirə tutaraq bildirib ki, “artıq Urmu Gölü son nəfəslərini alır”.
O əlavə edib ki, “Əgər Urmu Gölü quruyarsa, bu böyük insani faciə ilə nəticələnəcək. Buda müxtəlif cəhətlərdən təhlükəlidir. Mən ümid edirəm ki, səlahiyyətli məsullar ən qısa zamanda bu Gölü yenidən dirçəldib və milyonlarla insanı şad edəcəklər.


ABŞ İran üçün superbomba hazırlayır?

ABŞ-ın Hərbi Hava Qüvvələrində (HHQ) olan В-2 "stels" bombardmançıları yeni 15 tonluq super silahla təchiz edilir. Pentaqon nümayəndəsinin verdiyi məlumata görə, bu bombalar həm yerüstü hədəfləri, həm də yerin dərinliyindəki obyektləri məhv edə bilər.

Yeni silah "Massive Ordnance Penetrator" (MOP) adlanır. Müqaviləyə əsasən "Boinq" Pentaqona 8 belə bomba gətirəcək. Onların ümumi qiyməti 32 milyon dollardır. Silah nüvə obyektlərini, eləcə də kimyəvi və bioloji silah istehsal edən zavodları zərərsizləşdirmək üçündür.

Qeyd edək ki, bundan öncə ABŞ HHQ MOP-dan 6 dəfə yüngül olan bombalara malik idi.

"Ynet"in yazdığına görə, bu silahlar 18 metr eni olan beton layını dəlmək qabiliyyətinə malik olduğu üçün İranın nüvə obyektləri üçün birbaşa təhlükədir. Bundan əlavə, "stels" texnologiyası təyyarələrə Şimali Koreya və İranın hava hücumundan müdafiə sistemi üçün görünməz olmağa imkan verir.



İran və Şimali Koreyanın nüvə silahı istehsalına dair işbirliyi var?!


Şimal-şərqi Asiyanın xəbər agentliyi İran və Şimali Koreya arasında atom bombası inşasına dair ehtimal edilən əməkdaşlıq barədə məlumat yayıb.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi və Kəşfiyyat xidməti Pxenyanın atom istehsalı səylərini İranla əlaqələndirən yeni məlumata dair izahat verə bilməyəcəklərini bildiriblər.
Şimali Koreyanın nüvə proqramını monitorinq (nəzarət, yoxlama) etməzdən əvvəl məsələni nəzərdən keçirən agentliyin rəsmiləri son günlər diplomatlardan sızması ehtimal edilən iddiaların məxfi məlumatlara əsaslandığını deyib.
İddialar ötən çərşənbə günü Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) tərəfindən çıxan məlumatın ardınca yayılıb. İran nüvə proqramının təfsilatını hərtərəfli yoxlayan BAEA bildirib ki, İranın 2003-cü ildən bəri davamlı və xəlvət nüvə silahı istehsalı səylərinə dair dəlillər var. Bu dəlillər İranın yalnız enerji və tibbi tədqiqatlar məqsədi ilə nüvə elementlərindən (ünsür) istifadə etmədiyinə dair təxminləri sübut edir.

Cümə günü BMT (Birləşmiş Millətlər Təşkilatı) təhqiqatçıları BAEA nizamlayacılardan ibarət heyyətinin 35 dövlətdən olan üzvləri qarşısında fərdi texnoloji təqdimat keçirib. O, zamandan Cənubi Koreya mətbuatı diplomatlara anonim (adsız) şəkildə istinad edərək yüzlərlə Şimali Koreya alim və mühəndislərinin İranda nüvə və raket istehsal edilən müəssisələrdə çalışıdıqlarına dair məlumat yayıb.

Yapon qəzeti bildirib ki, şimali koreyalıların ziyarət etdikləri iran təhqiqat mərkəzlərinin üçün nüvə silahının işə salınmasını simulyasiya etmək (şəbihsazi) üçün təhqiqat mərkəzləridir.

ABŞ ordusu və kəşfiyyat agentliyi üçün təhqiqat və analiz keçirən Rand korporasiyasında (şirkət) müdafiə analitiki Bryus Benet bildirib ki, mütəxəssislər illər uzunu bu əməkdaşlığın mövcudluğundan şübhələnirdi.

Bryus Benet: “İranlıların Şimali Koreyada nüvə silahını sınaqdan keçirməsi barədə məlumatlar var idi. Əgər həqiqətən iki ölkə arasında məlumat bölüşülürsə, onda məsələ olduqca təhlükəlidir. Ona görə ki, Şimali Koreyanın nüvə proqramı İrandan olduqca irəlidədir və biz İrana nüvə silahının istehsalında yardım edilməsini istəmirik.”

Benet deyir ki, beynəlxalq ictimayyət Şimali Koreya ilə İran arasında nüvə əlaqəsinə daha çox diqqət yetirməlidir.

Bryus Benet: “Lakin bunun qarşısını almaq və ya prosesi (sürəc) ləngitmək çətin olacaq. İnsanlar bizim onların qarşısını ala bilməyəcəyimiz yerlərdən İrana daxil ola bilirlər.”

Cənubi Koreya mətbuatı deyir ki, şimali koreyalılar İrana Rusiya və Çin kimi ölkələrdən xəlvət keçə bilir. Şimali koreyalılar deyilənə görə İranın 10 nüvə və raket obyektlərində çalışır və güman ki, bir neçə aydan bir əvəz edilir.

Benet Şimali Koreyanı nüvə silahına malik olan ölkə kimi xarakterizə edilməsinin səhv olduğunu deyir. Ona görə ki, Şimali Koreya 2006- 2009-cu illərdə nüvə qurğularından başqa işləyən nüvə bombası nümayiş etdirməyib.


Azərbaycanlı fəal Abdullah Səduqi zindanın özəl bölümünə köçürülüb


Hazırda Güney Azərbaycanın Təbriz şəhərində məhbus həyatı yaşayan azərbaycanlı fəal Abdullah Səduqi zindanın özəl bölümünə (bənd) köçürülüb.

Bundan sonra, Urmu Gölü ilə bağlı qanunsuz tutuqlamara etiraz əlaməti olaraq aclıq aksiyasi (etisab-i ğəza) edən azərbaycanlı fəal zindanın ən ağır bölməsində dözməli olacaq.

Abdullah Səduqinin (Güntay) köçürüldüyü özəl bölüm Təbriz zindanının ən natəmiz və imkansız bölümüdür. O bölüm hər hansı bir səbəbə görə günahlandırılan məhbusların tənbehi üçün istifadə edilməkdədir.

Bu bölümdə, zindanın daxili telefon imkanı yoxdur və hər hansı bir şəkildə mülaqat mümkün deyildir.



İranla bağlı Vaşinqton-Moskva əməkdaşlığı nə vəd edir?


İran ətrafında halqa daralmaqdadır. ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama baş verənlərlə bağlı bildirib ki, İrana qarşı iqtisadi sanksiyaların (təhrim) böyük təsir gücü var.
İranın nüvə silahı hazırlamasına qarşı görülə biləcək başqa mümkün tədbirlərə də toxunan ABŞ lideri etiraf edib ki, nüvə silahı olan İran təkcə region (bölgə) üçün deyil, Amerika üçün də təhlükə törədir.

ABŞ prezidenti həmçinin bildirib ki, xüsusilə Rusiya və Çinin nüvə silahına sahib İranın törətdiyi təhlükəni dərk etdiyinə inanır. O qeyd edib ki, bu iki ölkənin liderləri ilə iranın nüvə silahı əldə etməsinin və nüvə silahının regionda yayılmasına başlamasının yolverilməz olduğuna dair eyni mövqeyi paylaşırlar. Lakin prezidentlər arasında APEK sammitində (zirvə görüş) baş tutan görüşlərdə nə Rusiya, nə də Çin prezidenti İranın nüvə proqramına qarşı əlavə hansısa bir tədbir təklif etməyə hazır olmadığını göstərib.

Bundan başqa, yayılan məlumata görə, Obama ilə Rusiya prezidenti Dmitri Medvedev arasında ikitərəfli görüş zamanı İran məsələsi üzrə ümumi mövqenin işlənib hazırlanması razılığına gəlinib. Bu vahid konsepsiyanın (conception) nədən ibarət olacağı barədə isə hələ ki, bir məlumat yoxdur.
Bəs görəsən, İran məsələsində ABŞ-la Rusiyanın əməkdaşlığı hansı nəticələri verə bilər?

Politoloq Vəfa Quluzadə bildirdi ki, Rusiya İran ətrafında baş verənlərlə bağlı olduqca çətin durumdadır. Rusiyanın ABŞ-dan asılı olduğu nəzərə alınarsa, Kremlin İran məsələsində Amerikaya qarşı kəskin çıxış etməsi az inandırıcıdır: “Rusiya İrana görə ABŞ-la münasibətləri korlamaq istəmir. Xüsusilə nəzərə alsaq ki, İranın hazırda beynəlxalq imici (vəchə) bir o qədər də yaxşı deyil. Amma onu da unutmaq lazım deyil ki, İran Rusiyanın hələ də müttəfiqi olaraq qalmaqdadır. Ona görə Obamanın da İran məsələsində ABŞ-la Rusiyanın əməkdaşlıq edəcəyi ilə bağlı açıqlama ortaq məxrəc axtarışıdır. Çünki nə ABŞ, nə də Rusiya İrana qarşı hərbi əməliyyatların reallaşmasında maraqlıdır”.
Bu baxımdan Azərbaycanın da hazırda İran ətrafında cərəyan edən prosesləri (sürəc) diqqətdə saxlamasının vacib olduğunu deyən V.Quluzadə hesab edir ki, çünki İrana qarşı mümkün zərbə Azərbaycanı da pis vəziyyətdə qoya bilər. Çünki İranın vurulması Azərbaycanı qaçqın axını və maliyyə böhranı ilə üz-üzə qoya bilər.
V.Quluzadənin sözlərinə görə, hər bir son baş verən prosesə əsasən onu demək olar ki, ABŞ, Rusiya və Çin İrana qarşı hərbi əməliyyatların reallaşmasında maraqlı deyil.



İran israilə səfər edən vətəndaşları daha da şiddətli cəzalandıracaq


İran parlamenti İsrailə səyahət edənlərə tətbiq olunan cəzanı ağırlaşdırıb.

İran parlamentinin mövcud qanunda etdiyi dəyişikliklərə əsasən, İsrailə səyahət edənlər 2 ildən 5 ilədək həbs cəzasına məhkum ediləcək. Dəyişikliyə qədər bu cəza 3 aylıq həbs olub.

Qeyd edək ki, İranda 1979-cu ildə İsrail və kommunist ölkələrinə səyahət qadağan edilib.


Vyanada İrana qarşı qətnamə hazırlana bilər

İranın nüvə probleminin tənzimlənməsi üzrə Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniyadan ibarət vasitəçilər «altılığı» Tehrana qarşı qətnamə layihəsinin hazırlanmasında razılıq əldə etməyə yaxındır. Bu qətnamə layihəsi isə Pekin və Moskvanı da razı salacaq. Bu barədə «Frans Press Agentliyi» diplomatik mənbələrə istinadən xəbər verir. Bu gün Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin idarəedici şurası 2-günlük iclasına başlayır. İclasda İranın nüvə proqramına dair agentliyin hesabatı müzakirə olunacaq. Həmin hesabatda atom enerjisi agentliyi İranın 2003-cü ilədək nüvə silahının hazırlanması üzrə iş gördüyünü və bu cür işlərin bu gün də görülə biləcəyini qeyd edir. «Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni qətnaməsi isə İranı agentliklə intensiv dialoqa və öz öhdəliklərini tamamilə yerinə yetirməyə çağıracaq.» - bunu Qərb ölkələrinin maraqlarını təmsil edən diplomatlardan biri deyib.

BAEA-nın hesabatının 1000 səhifədən çox olduğu, burada 10 ölkədən kəşfiyyat və digər məlumatların, eləcə gə agentliyini öz məlumatlarının yer aldığı bildirilir. Hesabatın surətləri artıq BAEA-nın idarəedici şurasının və BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə göndərilib. Hesabatdan parçalar mətbuatda dərc edildikdən onra ABŞ, Fransa, Almaniya və Böyük Britaniya İrana qarşı sanksiyalaraın sərtləşdirilməsinin vacibliyini vurğulayıb. Rusiya isə İranın nüvə proqramına dair problemin həllinin yeganə yolunun «5+1» ölkələri ilə İran arasında nüvə danışıqlarının bərpasının olduğunu hesab edir. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, İrana qarşı sanksiya tədbirləri öz əhəmiyyətini itirib və problemi yalnız «altılıq» çərçivəsində diplomatik yolla həll etmək lazımdır.


Qazaxıstan prezidenti: “... əsas əngəl İrandır”

Xəzəryanı beş ölkənin mövqeyində həmrəyliyin olduğuna baxmayaraq, İran Xəzəryanı ölkə kimi bu günə qədər Xəzər dənizinin beş sahil dövləti arasında bölünməsini israr edir (səth üzrə hərəyə 20%). Bu, mövcud sərhədlərin dəyişməsi deməkdir və Xəzərin hüquq statusu ilə bağlı Konvensiyanın bağlanmasında əsas əngəldir. Faktiki olaraq İran regionun digər ölkələri hesabına öz ərazisini böyütmək istəyir”.

Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Qazaxıstan yolu” kitabında yazıb. Kitabın “Xəzər uğrunda döyüş və neft bumu” fəslində N. Nazarbayev Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqlar prosesi haqda faktlara söykənən təəssüratlarında qeyd edib ki, 13 may 2002-ci ildə Moskvada Rusiya prezidenti Vladimir Putinlə protokol imzalanıb. Bu protokol 1998-ci il iyunun 6-da imzalanan sazişə əlavə olub: “Burada ortaq xəttin koordinatları göstərilir. Bununla bərabər, Azərbaycan lap əvvəldən göl variantının üzərində dayandırdı və bildirirdi ki, akvatoriya, dənizin dibi və təki milli sektorlara bölünməlidir, ayırma xətləri isə dövlət sərhədləri olmalıdır. Bu variant sərt bölünmə nümunəsi idi. Bu zaman ticarətin, gəmiçiliyin, balıqçılığın, həmçinin digər bioresursların istifadəsində normal fəaliyyət üçün çətinliklər yarana bilərdi. Bu düşüncədən çıxış edərək, rəsmi Bakı get-gedə öz mövqeyini Qazaxıstan variantına doğru dəyişirdi. Bunun nəticəsi olaraq, 2001-ci il noyabrın 29-da mənim və Azərbaycan prezidenti Heydər Əliyevin arasında Xəzər dənizinin dibinin bölünməsi barədə saziş və 27 fevral 2003-cü ildə ona əlavə edilən protokol imzalandı. 14 may 2003-cü ildə Almatıda Qazaxıstan, Azərbaycan və Rusiya Federasiyası arasında Xəzər dənizinin bitişik ərazilərində ayrılma xətlərinin kəsişmə nöqtəsi barədə bağlanan üç tərəfli sazişlə, Xəzər dənizinin şimalında dənizin dibinin bölünməsi prosesinə son qoydu. 27 fevral 1997-ci ildə Türkmənistan prezidenti Saparmurad Niyazovun Almatıya səfəri zamanı mən onu birgə bəyanat imzalamağa razı sala bildim. Bəyanatda deyilirdi ki, Xəzəryanı dövlətlər Xəzərin statusu barədə saziş imzalayana qədər tərəflər orta xətti əsas götürərək, inzibati ərazi sərhədlərin delimitasiyasına sadiq qalacaq. Beləliklə, Aşqabad ən mübahisəli məsələdə Qazaxıstan və Azərbaycanla həmrəylik nümayiş etdirdi”.


Danışıqların növbəti mərhələsinə toxunan N. Nazarbayev yazıb ki, 2002-ci ilin aprelində Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı dövlətlərin rəhbərlərinin sammiti keçirilib. Sammitdə gözlənilməz hadisə Saparmurad Niyazovun Xəzəryanı dövlətlərin Prezidentlər Şurasının yaradılması ideyası olub: “Düşünürəm ki, bu ideya ortaya İran tərəfindən atılmışdı. Onun düşüncəsinə görə, Şura ildə 1 dəfə toplanmalı və Xəzəryanı ölkələrdə cari məsələlərin həlli ilə məşğul olmalı idi. Azərbaycan prezidenti Heydər Əliyev qəti şəkildə bunun əleyhinə çıxdı. Fasilə zamanı Heydər Əliyev mənə deyirdi ki, bununla onlar danışıqları “çərənçiliyə” yönəltməyə və onu həll etməməyə çalışırlar. Sonra Heydər Əliyev doğru olaraq qeyd edirdi ki, dünya birliyi tərəfindən embarqo tətbiq edilmiş İranla bir şurada otursaq, bu necə qəbul olunacaq? Heydər Əliyev müdrik, ağıllı və həmişə sakit bir adam idi. Mən onu ən səmimi duyğularla xatırlayıram”.


N. Nazarbayev təklifin Qazaxıstan tərəfindən də rədd edildiyini qeyd edib: “Belə ki, belə bir institutun yaradılması mövcud çoxtərəfli müzakirələr qaydasını həll etmir, əksinə onu dəyişdirir. Buna baxmayaraq, Xəzəryanı dövlətlərin başçıları növbəti görüşü yenə də planlaşdırıldı, amma bu dəfə Tehranda. İranla Azərbaycan arasındakı ziddiyyətlər üzündən, Xəzəryanı dövlətlərin başçılarının görüşündə yekun sənəd imzalanmadı. Dövlət başçıları, İran istisna olmaqla, Xəzər dənizinin milli sektorlara bölünmə məsələsini, ayrıca sazişlərə söykənən və orta xətt bölgüsünə əsaslanan modelin qəbul etdilər”.


N. Nazarbayev kitabında danışıqlar prosesinin uğurla yekunlaşacağına ümid etdiyini vurğulayıb: “Hər halda, prosesin uğurla başa çatması üçün təməl qoyulub.... Biz gələcəkdə də Xəzəryanı ölkələrin yaxınlaşması, Xəzər dənizinin dostluq və əməkdaşlıq dənizi olması yolunda çalışacağıq. Xəzərin statusunun həlli kimi məsələdə tələskənlik olmamalıdır. Mən əminəm ki, danışıqlar prosesi regionun bütün beş dövlətlərin marağını nəzərə alacaq”.


İsrailin müdafiə naziri: “İranın yerində olsaydım, mən də nüvə silahına malik olmaq istərdim”

İranın yerində olsaydım, mən də nüvə silahına malik olmaq istərdim”. Bunu ABŞ-ın PBS televiziyasına müsahibəsində İsrailin müdafiə naziri Ehud Barak deyib. E. Barak xatırladıb ki, İran dövlətinin dörd min illik tarixi var: “Onlar ətraflarına baxıb qonşu ölkələrdən Rusiyada, Çində, Pakistanda nüvə silahının olduğunu görürlər və özləri də bu silaha sahib olmaq istəyirlər”.

İsrailin müdafiə naziri qeyd edib ki, İran nüvə silahına sahib olsa, Orta Şərqdə tamamilə fərqli bir vəziyyət yaranacaq: “Bu halda Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etməyə çalışacaq. Türklərin də nüvə silahı istehsalına başlayacağı qaçılmaz olacaq. Hətta gələcəkdə Misir hökuməti də bunu reallaşdıra bilər. Bu zaman nüvə silahının daha məsuliyyətsiz əllərə düşməsi təhlükəsi var”.

E. Baraka daha sonra ordu radiosuna açıqlamasında sözlərinə aydınlıq gətirib. O bildirib ki, müsahibəsində əslində demək istəyib ki, İranın nüvə proqramı yalnız İsrailə hücum üçün nəzərdə tutulub


Ermənistanda 50 mərtəbəli “Fars qülləsi” tikiləcək

İran-Ermənistan qardaşlığı bütün sahələrdə inkişaf edir. İrəvanın mərkəzində İranın yarı-dövlət şirkəti 50 mərtəbədən ibarət “Fars qülləsi” ucaldacaq.
Paytaxt bələdiyyəsinin müvafiq strukturlarında (yapısal, Saxtar) və bir neçə layihə institutlarında da bu məsələnin ciddi məxfilik şəraitində müzakirə olunduğu bildirilir. Binanın bir neçə mərtəbəsi ticari-kommersiya (ticarət-bazirqani), bir hissəsi yaşayış, qalan hissəsi isə mehmanxana funksiyası daşıyacaq. Bu barədə “Armeniya Today” saytı xəbər yayıb.
İrəvanın baş arxitektoru (memar) Narek Sarkisyan öz köməkçisi vasitəsi ilə bildirib ki, bu layihə ilə tanışdır, lakin buna münasibət bildirə bilməz. Saytın yazdığına görə, bu məsələ şəhərsalma şurasında hələ müzakirə olunmayıb. Bu isə o deməkdir ki, belə bir layihə rəsmi səviyyədə yoxdur.
Hündürmərtəbəli binanın şəhərin mərkəzində tikilməsini biabırçılıq adlandıran erməni mediası bunun mütəxəssislər üçün də anlaşılmaz olduğunu yazıb.
Şəhər meriyasından (şəhrdari, bələdiyyə) əldə edilən gizli məlumatlarda isə İran tərəfinin layihə üçün razılıq əldə etmək üçün müvafiq məmurları maraqlandırmağa çalışmaqla konkret (açıq, müşəxxəs) addımlar atdığı deyilir.


Bir neçə milli-mədəni fəalların ölkədən çıxışına qadağa qoyuldu

Noyabrın 14-də (abanın 23-də) barələrində çıxarılan həbs qərarı vəsiqə qərarı ilə əvəz edilən azərbaycanlı milli-mədəni fəallar, 3-cü dəfə olaraq məhkəməyə çağırılıblar.

Musa Bərzin Xəlifəludan başqa mülki vəsiqə qarşılığında azadlığa buraxılacaqları gözlənilən digər fəallar - Əziz Purvəli, Həsən Ərk, Cəmişid Zarei, Tağı Sələhşur, Əhməd Riyazi, Mehdi Həmidi, Mustafa Əvəzpur, Murtaza Əvəzpur, Mehdi Nuri və Vəhid Şeyxbəyliyə bildirilib ki, 3-cü dəfə olaraq İnqilab Məhkəməsi qarşısına çıxmalıdırlar.

Nəhayət ki, dünən noyabrın 16-ı (abanın 25-i) Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi, Güney Azərbaycanlı fəalların ölkədən xaric səfərlərinə qadağa qoyulduğunu bildirib.

Qeyd edək ki, sözü gedən azərbaycanlı fəallar avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmu Gölü problemini müzakirə edərkən həbs olunublar. Azərbaycanlı fəallar thəbs olunarkən təxminən 30 nəfər olublar. Onlarla tutulan digər azərbaycanlı fəallar barədə ağır həbs qərarı çıxarılıb.

Geri dön